Xurma tumlarının faydası varmı?

Ramazan ayında ən çox istifadə edilən xurmanın özü qədər tumları da faydalıdır.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, xurmanın tumları liflə zəngindir və həzm sistemini tənzimləyir.

Bu da qəbizlik kimi problemlərin qarşısını alır. Xurmanın tumları həmçinin antioksidantlarla zəngindir, beləliklə bədəni qoruyur, qocalmanı ləngidir.

Tərkibində təbii yağlar olduğu üçün xolesterol səviyyəsini tarazlayaraq ürək sağlamlığını qoruyur, dəri və saç sağlamlığını yaxşılaşdırır. Dəmir, kalsium və maqnezium kimi minerallarla sümük sağlamlığını təmin edir.

Xurma tumlarından istifadə üçün 3 addım gərəklidir:

1. Toxumları yuyun və qurudun.

2. Onu toz halına salın.

3. Qəhvə kimi istehlak edin və ya qatıqla qarışdıraraq faydalarından yararlanın.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed