Windows 8-in yeni bloqu işıq üzü görüb
![Windows 8-in yeni bloqu işıq üzü görüb - 1 Windows 8-in yeni bloqu işıq üzü görüb - 1](https://www.testler.az/articles/pics/maraqlidir/89/89-windows-8-in-yeni-bloqu-isiq-uzu-gorub-1.jpg)
Kompüter istifadəçilərin demək olar ki, 99%-i Maykrosoft (Microsoft) şirkətinin istehsalı olan Windows-dan istifadə edir. Bu əməliyyat sistemi mütəmadi olaraq bir necə ildən bir yenilənir. Bu sistemin axırincı versiyası olan, Windows 8, yeni bir bloqunu açıb.
![Windows 8-in yeni bloqu işıq üzü görüb - 2 Windows 8-in yeni bloqu işıq üzü görüb - 2](https://www.testler.az/articles/pics/maraqlidir/89/89-windows-8-in-yeni-bloqu-isiq-uzu-gorub-2.jpg)
Yeni bloqa ilk postu Windows bölmə prezidenti Stive Sinofski (Steven Sinofsky) yazıb. O söz verib ki, Microsoft vaxtaşırı bu resursda Windows 8 haqda xəbərlər dərc edəcək və oxuyuculardan şərhlər forması vasitəsilə şirkətlə dialoq qurmalarını xahiş edib.
![Windows 8-in yeni bloqu işıq üzü görüb - 3 Windows 8-in yeni bloqu işıq üzü görüb - 3](https://www.testler.az/articles/pics/maraqlidir/89/89-windows-8-in-yeni-bloqu-isiq-uzu-gorub-3.jpg)
Sinofski həmçinin əlavə edib ki, "yaxın aylarda" Microsoft tərəfindən mütəxəssislər üçün Windows 8-in ilkin versiyasını buraxılacaq.
Windows 7 əvəzinə buraxılacaq Windows 8 əməliyyat sistemi haqda Microsoft iyunun əvvəlində məlumat vermişdi. Əməliyyat sisteminin həm kompüterlərdə, həm də ARM arxitekturalı mobil qurğularda işləyə biləcəyi məlumdur.
Microsoft tərəfindən Windows 8 haqda yeni ətraflı məlumatın ABŞ-da sentyabrın ortalarında keçiriləcək BUILD konfransında açıqlanacağı gözlənilir. Əməliyyat sisteminin final versiyasının təxmini çıxış tarixi məlum deyil, lakin bu tarixin 2012-ci ildə olacağı güman edilir.