Whatsapp-la konturlardan canımız qurtaracaq



Whatsapp-ın yeni versiyası ilə zəng etmək mümkün olacaq.
Bugun.az-ın anspress-ə istinadən məlumatına görə, bu tətbiqi işlədənlər artıq kontur almaq dərdindən də xilas olacaq. Belə ki, internet vasitəsi ilə istənilən Whatsapp istifadəçisinə səsli danışıq zəngi etmək mümkün olacaq.
Bununla yanaşı, tətbiq istifadəçilər bir digər yenilik də təqdim edəcək. Bu yenilik istifadəçilərə səsli danışıq zənglərinin audio yazısını qeyd etməyə imkan verəcək.
Əslində, bəzi ölkələrdə qarşı tərəfin razılığı olmadan telefonla şəxsin səsini yazmaq qanunla qadağandır. Ancaq, ehtimal ki, Whatsapp yenilikləri edərkən bu məsələni də nəzərə alacaq.
Mütəxəssislərin fikrincə, Whatsapp-ın bu yeni xidmətləri GSM operatorları üçün böyük problemlər yarada bilər. Eyni zamanda, tətbiqin daha da fuksional hala gətirilməsi də Whatsapp-ın rəqiblərinə ağır zərbə vuracaq.
Mənbə: https://www.bugun.az
Yazılmış sərhlər
ayten
- 28.10.2014
MARAQLIDIR
|
Elvin914
- 24.10.2014
Viber`də əladır.
|
Qonaq__3897234
- 24.10.2014
Ela
|
Qonaq__4269601
- 24.10.2014
Bundan yaxsi ne var ki?
|
dandinidon
- 23.10.2014
woooww ne yaxsi)
|
Qonaq__4263545
- 22.10.2014
YAXSI Kİ BU WHATSAPP CİKİB
|
Qonaq__4263545
- 22.10.2014
ÇOX GÖZEL
|
Qonaq__3430271
- 20.10.2014
DUNYA NE UCUN FİRLANİR
|