Telefon batareyaları səsin köməyi ilə doldurulacaq



Cənubi Koreya alimləri mobil telefonla danışıq zamanı onun batareyasının doldurulmasına imkan verən texnologiya icad edib. Həmin aparatlar iki elektrod arasında yerləşən sink oksid sapları ilə təchiz edilib. Telefonun üst hissəsində yerləşən lövhə səs dalğalarının təsirindən titrəməyə başlayır. Bununla lövhə sink oksid sapları sıxılmağa və dartılmağa məcbur edir.

Belə hərəkətlər nəticəsində telefonun batareyasını doldurmaq üçün istifadə edilə biləcək elektrik cərəyanı yaranır. Hal-hazırda bunun prototipi 100 desibel səslə işləyərək 50 millivolt cərəyanı yaratmaq qadirindədir. Əlbəttə ki, bu cərəyan telefon batareyasını doldurmaq üçün yetərli deyil. Bu problemi həll etmək üçün alimlər fərqli materialdan olan saplardan istifadə etmək fikrindədirlər.
Tərcümə etdi: Admin
Mənbə: https://gizmod.ru
Yazılmış sərhlər
Doktor_Ali
- 10.12.2013
bu batariya balans ilə tərs mütənasibdir
|
genc
- 16.11.2012
bura gelib cixana qeder dunya dagilar
|
Qonaq__434087
- 13.09.2012
maraqsızdı hələ tam icad edə bilməyiblər
|
damla_yagis
- 16.05.2012
sukur nece illerdi men bunu fikirlesirdim axir ki
|
astronom
- 11.02.2012
yaxşı kəşfdir telefon xəstələrini sevindirəcək bir xəbər
|
Ayşe
- 30.10.2011
Gözəl xəbərdir.insan adapdırdan da,xilas olacaq.
|