Telefon alarkən telefonun nə qədər zərərli və ya zərərsiz olmasını nəzərə alın



Dünya alimlərinin uzun illər mobil telefonların insanın sağlamlığına təsirini araşdırmasına baxmayaraq, onlar ümumi fikrə gələ bilməyiblər.
Məlumdur ki, cihazlar elektromaqnit dalğaları buraxır və onlar nə qədər az olsa, bir o qədər yaxşıdır. "CNET" nəşrinin fransız bölməsinin müşahidəçiləri şüa cəhətdən ən təhlükəsiz smartfonları aşkar etməyə cəhd ediblər. "3dnews.ru" saytına istinadən bildirir ki, ekspertlər populyar smartfonlar üçün elektromaqnit enerji sərfiyyatını müəyyənləşdirən xüsusi udma əmsalını ("Specific Absorption Rate", "SAR") ölçüblər.
Dünyanın müxtəlif ölkələri üçün "SAR"-ın təhlükəsiz səviyyəsini müəyyən edən normalar mövcuddur. Məsələn, Avropada bu göstərici üçün son qiymət 2 Vatt/kq, Cənubi Koreyada 1,6 Vatt/kq təşkil edir. "CNET" nəşrinin hesablamasına görə, "Galaxy Mega" modelində elektromaqnit şüasının səviyyəsi azdır, sözügedən qurğunun xüsusi udma əmsalı 0,142 Vatt/kq təşkil edir. Qeyd edək ki, "iPhone 6" smartfonunda bu göstərici 0.972 Vatt/kq-dır. "Alma" şirkətinin smartfonu "Samsung Galaxy Note" (0,241 Vatt/kq) və "Galaxy S6 Edge" (0,334 Vatt/kq), "LG G3" (0,291 Vatt/kq), "BlackBerry Passport" (0,33 Vatt/kq) və "HTC Desire 620" (0,362 Vatt/kq) kimi modellərdən geri qalıb. Ən yüksək "SAR" səviyyəsi (1,46 Vatt/kq) "HTC One Mini 2" smartfonunda qeydə alınıb. Ən zərərli smartfonların reytinqində "Nokia Asha 503" (1,43 Vatt/kq) aparatı ikinci, "iPhone 5s" (0,979 Vatt/kq) aparatı üçüncü pillədə qərarlaşıb. /ICTnews/
Yazılmış sərhlər
Qonaq__7910154
- 21.05.2015
ən yaxşısı LG G3-dür.
|
ruqeyya001
- 15.05.2015
telefonum HTC-dir.
bu telefonun ziyani coxdurmu? |
Qonaq__10748535
- 14.05.2015
menim telefonum ise expaly 12 duosdur onun zaryatka yeri sinib onu nece temir edim?
|
Qonaq__8183062
- 09.05.2015
maraqlidir
|
- 29.04.2015
əladır
|
Qonaq__10226882
- 28.04.2015
salam menim telefonum samsung s4-dur telefona bir az baxandan sonra gozlerim qamasir dumanli gorurem men ne ede bilerem
|
Qonaq__10375059
- 28.04.2015
Maraqli melumatlardir
|
Qonaq__10325340
- 26.04.2015
Super maraqlı
|
Qonaq__9292415
- 26.04.2015
mənim telefonum samsung galaxy S4 -dür alandan üç dəfə düzəltdirmişəm . indiki telefonlar yaxşı deyil
|
Albert_einstein_1
- 26.04.2015
Əslində alimlər deyirlər ki, telefonların insana heç bir ziyanı yoxdur. (Televizorda eşitmişəm)
|
Qonaq__10165665
- 21.04.2015
Bu saytda her şey etmek olar
|
Qonaq__10069779
- 18.04.2015
menim telefonum samsung galaxy megadir.men onu oynayandan sonra basim agriyir.nece eliyim
|
Qonaq__10030364
- 16.04.2015
salam.samsung galaxy A5(sm-A500)də udma əmsalı nə qədərdir.cvb verin
|
Qonaq__9896905
- 14.04.2015
bu melumatlar maraqlidir.
|