Teflon örtüyündə hansı təhlükə var?

Teflon örtüyündə hansı təhlükə var? - 1

Teflon müasir yanmayan materialdır. Hal hazırda teflon örüsü olan tavalar və qazanlar hər bir evdə var.

Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum oldu ki, teflon heç də ziyansız material deyil.

Araşdırmalar nəticələrinə əsasən, teflonun güclü qızdırılması çox ziyanlı maddələrin ifrazına səbəb olur ki, bu maddələr insan sağlamlığına mənfi təsir edir. Belə hesab olunur ki, bu maddələr kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.

"Teflon" nişanının sahibi olan tanınmış DuPont şirkəti təsdiq edir ki, teflon 260 C kimi və bundan artıq qızdırdıqda artıq kanserogen maddələri ifraz etməyə başlayır. Bu səbəbdən özünü bu maddələrin təsirindən qorumaq üçün belə qazanlarda qidaları qızartmayın, suda və ya buğda bişirin. Yalnız bu halqa qidanın sizin sağlamlığınız üçün ziyansız olmasına əmin ola bilərsiniz.

Teflon örtüsü olan qazanları aldıqda yalnız keyfiyyətli və tanınmış şirkətlər tərəfindən istehsal olunmuş malları seçin.

Əgər teflon örtünün üzərində çızıqlar və ya istənilən digər zədələr əmələ gəlibsə, belə qazanı və ya tavanı dərhal tullamaq lazımdır. Teflon örtünün zədələnməsi nəticəsində qidaya ziyanlı maddələr keçir. Bu səbəbdən teflon tavalarda və qazanlarda qida hazırladıqda bıçaqdan, çəngəldən və s. metal əşyalardan istifadə etmək olmaz. Qidanın hazırlanması zamanı yalnız taxta yaxud plastik ələtlərdən istifadə etmək olar.

Beləliklə, baxmayaraq ki, teflon örtüsü olan tava və qazanlar çox geniş istifadə olunur, onlara dünyada olan münasibət birmənalı deyil. Məhz bu səbəbdən bir çox həkimlər teflon örtüsü olan qazanlardan deyil, çuğun, minalanmış və keramika örtüsü olan qazan və tavalardan istifadə etmək tövsiyə edirlər.(saglamolun.az)

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed