|
Şotlandiyada polimer əskinazlardan istifadə edəcəklər

09.07.2015

Şotlandiya bankının buraxacağı növbəti 5 və 10 funt-sterlinq dəyərində olan əskinazlar polimer materialdan çap ediləcək. İlk banknotlar bu ilin noyabr ayında buraxılacaq.
Lent.az-ın “AZƏRTAC”a istinadən verdiyi xəbərə görə, banknotların çap edilməsində "De La Rue" şirkətinin "Safeguard" polimerindən istifadə ediləcək. Polimer hazırki pullarda istifadə edilən pambıq kağızı əvəz edəcək. Yeni banknotlar cari pullarla müqayisədə bir qədər kiçik ölçüdə olacaq. Banknotların polimer üzərində çap edilməsi pulların davamlılığını artıracaq.
Mənbə: https://news.lent.az
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Bu məqaləyə aid şərhlər yazılmayıb.
Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!