Səhər yuxudan oyanmaq üçün bunu edin

Səhər yuxudan oyanmaq üçün bunu edin - 1

Bir çox insan səhər yuxudan oyandıqdan sonra özünü yorğun və halsız hiss edir

Səhərlər yuxudan doya bilməyənlər, adətən, qəhvə içərək günə daha enerjili başlamağa çalışırlar. Ancaq bu işdə qoxular da sizə kömək ola bilər. Bəzi qoxular insana enerji verir və onun özünü daha gümrah hiss etməsinə səbəb olur.

Qhvəni əvəz edə biləcək həmin qoxuları təqdim edirik:

1.Portağal

Orqanizmə faydaları saymaqla bitməyən portağalın qoxusu insana enerji verir. Əsəbləri sakitləşdirən bu qoxu stressi azaldır.

2. Nanə

Daha rahat nəfəs almağı təmin edir. Yuxunu qaçırır və baş ağrılarının qarşısını alır.

3. Limon

Bu meyvənin qoxusu da insana enerji verir. Yorğunluğu aradan qaldırır. Dinclik verir. Diqqəti artırır.

4. Evkalipt və rozmarin

Evkaliptlə rozmarin qoxuları oxşardır. Onlar insan orqanizminə oxşar təsir göstərirlər. Evkalipt yağını iyləyən insanın həm zehni, həm də fiziki yorğunluğu aradan qalxır. Rozmarin yağı qoxusu isə insana enerji verməklə yanaşı, yaddaşı da gücləndirir.

5.Qreypfrut

Gümrah hiss etdirir. Depressiya və stressə qarşı faydalıdır. Qreypfrut yağını yorğunluq hissinin olduğu bölgəyə çəkdikdə yaxşı effekt verir.

Sadalanan bitkilərdən istənilən birinin yağını kiçik bir şüşə qaba tökün. İçərisinə qoxunu yayan xüsusi çubuq yerləşdirin. Beləliklə, səhərlər oyananda özünüzü daha gümrah hiss edəcəksiniz.(publika.az)

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12610765

maraqli melumatlardir

Qonaq__10578084

maraqli melumatlara gore cox sagolun

Qonaq__12657404

cox guzel

Qonaq__12045738

maraqlidir

Qonaq__12660042

Men limon ve nanenin tesirinin daha yaxsi oldugunu gorurem.Hemise istifade edirem.Yenede melumat ucun tesekkur edirem....

RENA_123

limonu tecih ederdim

Qonaq__12641922

maraqlidir

Qonaq__12508312

insan duranda elin uzun yumalidiki yuxudan gumraq oyansin nane limon portagal lazim deyil birde seher duranda idman etmek lazimdi qaqas

Qonaq__12780784

tam mene goredi)cox sagolun melumat ucun

esmeer

cox sagolun melumat ucun)

Qonaq__12867515

maraqlidirrr..

Albert_Einstein_1

Admin, mənim fikrimcə, daha doğrusu oxumuşdum ki səhər gümrah olmaq üçün uşaqlar (az yaşlılar) 6 saat, böyüklər isə 8 saat yatmalıdır. Mən bunu yoxlamışam və uğurlu çıxıb. Lakin bir problem də var ki, dərsə gecikməmək lkazımdır. Bunun üçün gecə saat 9-10 arası yatmaq daha əlverişlidir. Bir də- mətnin başlıq adı ilə mətn uyğun gəlmir.

Səhr yaz