Sizin hazırki nikiniz (ləğəbiniz)

Səfəvilər tarixinə tamamilə yeni faktlarla yeni bir baxış

Səfəvilər tarixinə tamamilə yeni faktlarla yeni bir baxış

Bu gün arxivlərdə yatıb qalan, gün üzü görməyən tarixi məqamlar çoxdur. Ən əsası da onların xalqa tanıdılmasıvə özünüdərk prosesində tarixin təcrübəsindən istifadə edilməsi, əski dövlətçilik ənənələrinin öyrənilməsi diqqətdə olmalıdır. Azərbaycan tarixi isə qədim olduğu qədər də qarışıqdır. Bu torpaqlar bir çox sülalənin hakimiyyətini görmüş, bir sıra imperiyaların tərkibində olmuşdur. Onların arasında türksoylu dövlətlər çoxluq təşkil edir. Bunlardan ən güclüsü də Səfəvilərdir desək, yanılmarıq. Belə deyək, Türkiyə türklərinin Osmanlısı varsa, bizim də Səfəvimiz var. Amma təbii ki, güclü olduğu qədər də qarışıq, qəddar olduğu qədər də xeyirli bir dövlət...
Qarşımda Vüqar Zifəroğlu və Ceyhun Bayramlının “Azərbaycan hökmdarları: Səfəvilər” kitabı var. Bu yaxınlarda nəşr olunan kitabda Səfəvi imperiyasının şahları haqqında Azərbaycan və ingilis dillərində bioqrafik məlumatlar verilib. Bu məlumatlarla yanaşı dövrün siyasi ab-havasını da göstərən kitabda müxtəlif maraqlı məlumatlar da ötürülüb. Bunların sırasında Səfəvi şahlarının arvadları və uşaqlarının adları yer tutur. Hər hökmdara ayrılmış səhifələrin sonunda onun ailə nümayəndələri ilə bağlı qısa bilgi almaq olar.
Kitabda Şah I İsmayıl, Şah I Təhmasib, Şah II İsmayıl, Şah Məhəmməd Xudabəndə, Şah I Abbas, Şah I Səfi, Şah II Abbas, Şah Süleyman (II Səfi), Şah Sultan Hüseyn, Şah II Təhmasiblə bağlı faktlar yer alır. Sonda isə formal olaraq adı taxt-tac sahibi gedən Şah III Abbas haqqında məlumat verilir. Onun hakimiyyəti dövründə  dövlət real olaraq Nadir xan Əfşar tərəfindən idarə edilmişdir.
1736-cı ildə Sabirabadın Suqovuşan kəndində Nadir xanın çağırdığı qurultayda Səfəvi imperiyası rəsmən sonlanmış və dünya arenasında öz yerini Əfşarlar dövlətinə, yaxud Nadir şah imperiyasına ötürmüşdü.
Kitabdakı Səfəvi şahları ilə bağlı bir neçə maraqlı məqamları qeyd edək. Məsələn, Şah I Səfi haqqında:
“Özünün hakimiyyəti dövründə I Şah Səfi Səfəvilər nəslinin bir çox kişi nümayəndəsini, əmirlərin bir çoxunu, eləcə də, öz arvadını və qızını öldürmüşdür. Hətta kor edilərək Ələmut qalasında həbsdə saxlanılan əmiləri Məhəmməd Mirzə və İmamqulu Mirzəni onun göstərişi ilə qalanın bürcündən aşağı atmışlar. O, belə hesab edirdi ki, “kor olduqları üçün onların vücudları faydasızdır.” 
Şah Süleymanın adının tarixi ilə də bağlı maraqlı məlumat kitabda əksini tapıb:
“1666-cı il avqustun sonlarında Səfi Mirzə saray əyanlarının rəyi əsasında şah seçildi. Lakin taxta çıxdıqdan az sonra o, ağır xəstələndi və bu xəstəlik bir ildən çox çəkdi. Eyni zamanda Səfəvi-Qızılbaş dövlətində əhalinin vəziyyəti kəskin pisləşdi, iqtisadi durum çətinləşdi və ayrı-ayrı şəhərlərdə taun epidemiyası yayılmağa başladı. Sarayın baş münəccimi və bəzi əmirlər bu fikirdə idilər ki, uğurlu olsun deyə tacqoyma mərasimi daha uyğun bir vaxtda təkrarən keçirilməlidir. Buna görə də, 1668-ci ilin əvvəlində İsfahanın Çəhəlsütun sarayında yenidən tacqoyma mərasimi keçirildi və şah taxta Süleyman şah Səfəvi ismi ilə əyləşdi. Hətta pul sikkələrinin və möhürlərin üzərindəki adları belə dörd saat içərisində yenidən dəyişdilər. Maraqlıdır ki, bu mərasimdən sonra şahın səhhəti tamamilə düzəldi və ölkənin vəziyyəti də sahmana düşdü.”
Kitabdakı fərqliliklərdən biri də müxtəlif fotoların, portretlərin rəngli formada yer almağıdır. Çap məhsulu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu Dərnəyi tərəfindən nəşr edilib. Azərbaycan tarixində türkçülük və dövlətçilik ənənələrinin formalaşmasında böyük rol oynayan Səfəvilər haqqındakı kitab tarixlə maraqlanan hər kəsin oxuması gərəkən kitablardandır.
Nurlan Ağa

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__16152263 - 05.05.2016
Mən bu tarixi dersde müellim danışanda əzbərləmisdim. Tarix özü sanki bir romandı oxu oxu bitmez
Qonaq__17724602 - 29.04.2016
Yaxsidi

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla