Radionu kim ixtira edib?

Radionu kim ixtira edib? - 1
Radionun nə qədər böyük bir icad olduğu haqda bu gün heç düşünmürük. Ancaq 100 il əvvəl bir İtalyan gənc radiodan ilk səsi aldıqda heç kəs qulaqlarına inanmamışdı.
1895-ci ildə, İtaliyanın Boloqna şəhərində yaşayan Quqlielmo Marconi adlı bir gənc bir kilometr aralıda yaşayan qardaşına siqnal göndərdi. Qardaşı siqnalı qəbul edərkən silahıyla havaya iki dəfə atəş açdı.
Radionu kim ixtira edib? - 2
İtalyan hökuməti bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Ancaq gəncin İrlandiyalı anası ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə göndərdi. İngiltərədə gənc ixtiraçı yüksək cəmiyyətin üzvü olan bir qohumunun yanında yaşamağa başladı.
Marconi İngiltərədə iki elm adamı ilə birlikdə çalışmağa başladı. O, 1897-ci ildə bir simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Marconi tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi.
Radionu kim ixtira edib? - 3
Q. Marconi radio dalğalarının bütün Yer kürəsini əhatəyə alacağına inanırdı. 12 dekabr 1901-ci il tarixdə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu. Marconinin sistemi çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başladı. O özü isə gördüyü işlərin nəticəsində çox varlandı.
Böyük ixtiraçı 1937-ci ildə vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı, növbəti iki dəqiqə ərzində isə stansiyalar siqnal göndərməyib ixtiraçıya hörmət əlaməti olaraq işlərini dayandırdılar
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

mishka

radiodan istifadə edilmir.amma yaxşi alətdir.TƏŞƏKKURLƏR............))))))))))))))))))))

Qonaq__1425011

bunlari bilmeliyik

Qonaq__1565266

Umumiyyetle bu kimi aletlerin ixtirasi oz baslangicini N.Tesalanin islerinden goturub

mamruxum

cox maraqlidir bu genc neler ede bilirmis

JKI

QEWEY IXTIRADI

Qonaq__8212619

SALAM DOSLAR

Qonaq__10627111

Butun keshfler N.Teslanindir

Qonaq__12355708

markoniye tesekuler

Qonaq__13848438

markoni yoxsa papov kim ixtira edib birini deyin

Qonaq__13886745

coooox sagolun mene cooox komek oldunuz

Qonaq__14058593

cox gozel icaddi amma men herden istifade edirem

Qonaq__15591698

nikola tesla

Qonaq__21761939

çox sağ olun dərslərimi yazmağa kömək etdiniz

Qonaq__21932126

markoni radionu kesf edib

Qonaq__24251781

Cox tesekkurler cox komek oldu Marconinin ellerine salik sabah100%5 alacam:-) :-)

Qonaq__29129550

COX SAGOLUN

Qonaq__30620171

Ela

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed