Qiyməti 35 dollar olan laptop istəyirsinizmi?

Müasir zamanda kompütersiz hər hansı bir fəaliyyət növünü təsəvvür etmək mümkün deyil. İnkişafa can atan insanlar mütləq kompüterlə əlaqəli olmalıdır. Kompüterin köməyi ilə vaxta qənaət etmək çox asandır. Müasir elmin və sənayenin inkişafı tamamilə kompüterləşmədən asılıdır.
Bunu nəzərə alaraq Hindistanda hər bir kəsin ala biləcəyi laptopların istehsalına başlayıblar. Sensorlu ekranı olan bu laptoplar ilk olaraq şagirdlər və tələbələr üçün nəzərdə tutulub.

Bu kompüterlər, Hindistan Texnoloji institutunun və Hindistan Elmlər institutunun mütəxəssislərinin birgə fəaliyyətinin nəticəsidir. Bu layihə təhsilin keyfiyyətinin qaldırılması proqramı çərçivəsində həyata keçirilib.
Laptopun əməliyyat sistemi Linux olacaq. Bu kompüterlərin ilk versiyaları tələbələr üçün nəzərdə tutulub. Bu laptopların üstünlüklərindən biri də onun günəş enerjisini istifadə edən batareyalarla təchiz olunmasıdır. İstifadəçilər bununla internetdən istifadə edə bilərlər, videokonferensiya təşkil edə bilərlər, musiqiyə qulaq asa bilərlər və s.
Əminəm ki, belə laptopları biz də istehsal edəcəyik.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Doktor_Ali

Azərbaycana gələnə qədər çox vaxt keçər həm də bahalaşar amma çox əlaaaaaaaaaaaaaa icatdır

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed