|
Pərsiz ventilyator olarmı?

28.06.2010

Hamının bildiyi kimi, həyatımızın çox sahələrində ventilyatordan istifadə edilir. Bütün ventilyatorların pərlərinin təhlükəli olduğunu da bilirik. Amma elə ventilyatorlar vardır ki ......
Dyson kompaniyası öz futuristik ixtiralarının sayını çoxaltmaqdadır. İndi isə bu kompaniya Air Multiplier ("Hava artıran") adlanan yeni növ ventilyator icad edib. Bu cihazın pərləri görünmür. Bunun müəllifi dünya üzrə tanınmış ixtiraçı Ceyms Daysondur (James Dyson).
Şəkildə olan ventilyatorlar (soldan sağa) - 10 və 12 - düyməlik Desk Fan (yumru hissəsi nəzərdə tutulur), uzunsov - Tower Fan və teleskop kimi yığılan Pedestal Fan-dır (şəkilə bax).
Müxtəlif ventilyatorlar (Şəkil Dyson)
Tower Fan-ın ölçüləri bunlardır: hündürlüyü - 1007 mm, dərinliyi - 110 mm, eni – 190 mm-dir. Bunun hətta uzaqdan idarə etmə cihazı da var. Bununla ventilyatorun verdiyi havanın sürətini və onun sağa-sola dönmələrini tənzimləmək olar.
Axırıncı iki ventilyatorun qiyməti 300 funt-dur ($445). Bu yaxınlarda bunları satışa buraxacaqlar.

Tərcümə etdi: Admin
Mənbə: https://www.membrana.ru
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Yazılmış sərhlər
Qonaq__3792786
- 05.11.2014
Artiq xacmazda satisda var bu tip ventilyatorlardan., powefull sirketinin (c. Koreya) amma burada yazdiginiz qiymete deyil. Çox ucuzdu. (o dukandan saçqirxan aldim çox münasib) ;-):-):-)B-)
|
Qonaq__3551389
- 20.08.2014
Baaşdarı qacıb music galeridə 50 manatdıı.
|
Doktor_Ali
- 07.12.2013
$445 ventilyator olaaaaaar!? ondansa kondinsoner alaram
|
Qonaq__368625
- 02.12.2013
yoxdur yoxsa gorunmur (yazan:SHAMS)
|
rustam2004
- 28.08.2013
eladır artıq her şey dəyişir
|