Sizin hazırki nikiniz (ləğəbiniz)

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar

Web site
12.01.2016
Web site
178

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 1

1. Bakı funikulyoru tanınmış dövlət xadimi, əməkdar mühəndisi Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. İlk dəfə 1960-ci il mayın 5-də istifadəyə verilib.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 2

2. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 3

3. İki stansiyadan ibarət funikulyorun vaqonları saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 4

4. Funikulyorun cəmi 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Stansiyalar arası məsafə 455 metrdir. Bəhram Gur stansiyası Azneft meydanına çıxır. “Şəhidlər Xiyabanı” stansiyası Dağüstü parka çıxır.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 5

5. Dörd dəfə təmir səbəbiylə bağladılıb. İlk dəfə 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək istifadəsi dayandırılıb. Uzun müddət istifadəsiz qalan bu nəqliyyat vasitəsi 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib. Növbəti dəfə isə 2007-ci ildə təmir olunub. Bu təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan müxtəlif səs-küylər minimuma endirilib. Lakin budəfəki təmir də funikulyoru uzunömürlü etməyib. Müəyyən fasilələrlə işləyən funikulyor 2011-ci ilin aprelində yenidən əsaslı təmirə dayandırılıb. Nəhayət, 2012-ci il may ayının 23-də funikulyor tam müasir görkəmdə yenidən insanların istifadəsinə verildi.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 6

6. Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Texniki nasazlıq aşkarlandığı halda, dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 7

7.Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 8

8. Vaqonların oturacaq sayı (28), getdiyi yolun zamanı (4 dəqiqə), relsin uzunluğu (455.5 m) və s. göstəricilər olduğu kimi saxlanılıb.

Paytaxtımızdakı funikulyorun tarixçəsindən maraqlı faktlar - 9

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<