Parkinson xəstələrinə Google-dan xüsusi yenilik

Parkinson xəstələrinə Google-dan xüsusi yenilik - 1

ABŞ-ın “Google” şirkəti parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün "ağıllı" qaşıq (Liftware Spoon) satışlara start verib. Cihaz bu xəstəlikdən əziyyət çəkən xəstələrin əl əzələlərinin güclü titrəməsinə baxmayaraq, onlara qidanı sərbəst qəbul etməyə imkan verəcək.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğunun quraşdırılması ilə innovativ tibbi avadanlıq üzrə “Lift Labs” şirkətinin mühəndisləri məşğul olur. “Google” bu şirkəti sentyabrda satın alıb. “Lift Labs” şirkətindən bildirilib ki, qidanın qəbulu zamanı xüsusi qulp sayəsində qaşığın titrəməsi 76% azalır.

"Mənim xəstələrimin bəziləri sərbəst qidalana bilmir və onlara kömək etmək lazımdır, indi yeni cihaz olduğu halda onlar sərbəst qidalana biləcək – San-Fransiskoda Kaliforniya Universitetinin nevroloqu Cill Ostrem deyib. – Cihaz diaqnoza təsir etməyəcək, amma xəstələrin sərbəst qidalanmasına kömək edəcək".

Belə qaşığın qiyməti 295 dollar təşkil edir.

Emil Hüseynov

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed