Oyuncaqdan real kompüter yaradıldı
![Oyuncaqdan real kompüter yaradıldı - 1 Oyuncaqdan real kompüter yaradıldı - 1](https://www.testler.az/articles/pics/maraqlidir/83/83-oyuncaqdan-real-komputer-yaradildi-1.jpg)
Əvvəllər saytımızda Leqo ilə əlaqədar bir məqalə yerləşdirmişdik. Leqo uşaqların ən çox sevdiyi hədiyyələrdən biridir. Amma böyüklərin də bundan istifadə etməsi müasir zamanda nadir hal deyil. Bunlardan biri isə Leqo-dan fərqli bir "oyuncaq" yaradıb....
Mayk adlı bir nəfər Leqo-dan real kompüter yaradıb. Bu kompüterin korpusu Leqo-dan yığılıb. Mayk korpusun daxilinə 3 kompüter yerləşdirə bilib.
![Oyuncaqdan real kompüter yaradıldı - 2 Oyuncaqdan real kompüter yaradıldı - 2](https://www.testler.az/articles/pics/maraqlidir/83/83-oyuncaqdan-real-komputer-yaradildi-2.jpg)
Müəllif kompüteri xüsusi olaraq tibbi tədqiqatlar üçün hazırlayıb. Kompüterə 3 ədəd Intel Sandy Bridge 2600k prosessoru və 3 ədəd Asus P8p67 ana platası (motherboard) daxildir. İxtiraçı bu hibridi yaratmaq üçün 1800 dollara yaxın xərc çəkib. Yeni kompüterin tərkibində 3 kompüterin yerləşdiyini nəzərə alsaq bu məbləğ elə də böyük görünməz.
Doktor_Ali
bizim oyuncaqlardan duzele bilerik?