..........

Övladlarınızın piylənməsinin səbəblərindən biri də budur

Övladlarınızın piylənməsinin səbəblərindən biri də budur - 1
Gün ərzində hətta bir saat televizor qarşısında olmaq uşaqlarda piylənmə ehtimalını xeyli artırır. Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, Virciniya Universitetindən (ABŞ) olan tədqiqatçılar belə qənaətə gəliblər.
Alimlər 10 min uşağın bədəninin kütləsini ölçüblər və onların orqanizminə təsir göstərən əsas xarici mühit amillərini müəyyənləşdiriblər. Amerika alimlərini xüsusən uşağın hər gün kompyuter və televizor qarşısında nə qədər vaxt keçirdiyi maraqlandırırdı. Bir ildən sonra tədqiqatçılar ölçmələri təkrarlayıblar. Gün ərzində televizor qarşısında azı bir saat vaxt keçirən uşaqların bədən kütləsinin indeksi daha yüksək olub ki, bu da artıq çəkinin olduğunu göstərir. Bu qrup arasında piylənmiş uşaqlara daha çox rast gəlmək olurdu. Alimlərin qənaəti belədir: 60 dəqiqə televiziya verilişlərinə baxmaq gələcəkdə piylənmə riskini 50-60 faiz artırır.
Qeyd etmək lazımdır ki, piylənmə televizora baxmaqdan inkişaf etmir, bir neçə amilin təsiri altında formalaşır: bunlar fiziki aktivliyin olmaması, düzgün qidalanmama, gündəlik rejimin pozulması, endokrinoloji xəstəliklərdir. Ekspertlər televizorun ən maraqlı və aktual asudə vaxt növünə çevrilməməsi üçün valideynlərə öz uşaqları ilə məşğul olmağı məsləhət görürlər.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__20608148

Salam menim 13 yasim var he men televizora 2 3 saat baxiram by piylenmeye seven olurmu????

Qonaq__20837918

Mence düzdü usaqlarin beyni çürüyür ve gece yatdiqdan sonrada ben yatmır beyin ancaq isdiyir ve sonrada göz zeyifliyir dersleri yada qalmır

Qonaq__21119833

Bow bow weylerdi

Qonaq__21193500

Mence çox gozel her bir usaga meslehet gorerdim

Qonaq__21257676

salam. mende cox kokem tv-nin qarsisinda cox otururam sen deme bunun sebebi bu imis.tesekkurler.

Qonaq__21381371

Mədə çox kökəm mənim 11yaşım var televizo qarşısında çoooooox otururam

Qonaq__22018412

Ehh bos seydi menim bacim isde 11 saat kompyuter qarsisinda olur, ancaq 20 yasi olmasina baxmayaraq 35 kilodur.Bele seylere inanamayin, sizi bele aldDib oldurecekler

Qonaq__25807768

Salam men gun erzinde kompyuterle demek olar ki cox vaxt kecirirem. Internetle ders oxuyuram.Bunun mene ziyani varmi??????

Qonaq__26126933

bıraz dogrudur

Səhr yaz