Sizin hazırki nikiniz (ləğəbiniz)

"Nanobeyin" nədir və ya o nə üçündür?

Web site
21.12.2010
Web site
146
48-nanobeyin-nedir-ve-ya-o-ne-ucundur-1

Yaponiyada alimlər nanorobotları idarə etməyə imkan verən molekulyar struktur - "nanobeyin" hazırlayıblar. Alimlərin sözlərinə görə, "nanobeyin"dən superkompüterlərin istehsalı zamanı istifadə oluna bilər.

Sukubada (Yaponiya) yerləşən Gənc Alimlərin Beynəlxalq Mərkəzinin əməkdaşları Somobrata Axarya və Anirban Bandiopadya eyni vaxtda bir neçə nanomaşını idarə etməyə imkan verən mürəkkəb molekulyar struktur yaradıblar. Tədqiqatçılar keçirdikləri eksperiment nəticəsində sübut ediblər ki, 17 ədəd DRQ molekulundan ibarət struktur (benzokvinon və tetrametildən ibarətdir) bir takt ərzində 16 komanda yerinə yetirən prosessorun gücündə fəaliyyət göstərir.
17 ədəd DRQ molekulu 4 milyarddan artıq müxtəlif kombinasiya kodlaşdıra bilən molekulyar maşın formasına salına bilər. Alınan molekulyar strukturun ölçüsü – cəmi 2 nanometrdir. Bu işləyən "nanobeynin" dünyada ilk nümunəsidir.
Ehtimala görə, proyektləri hələ hazırlıq mərhələsində olan nanorobotların istehsalında "nanobeyin"dən istifadə etmək olar. Nanorobotlardan tibbi məqsədlər üçün geniş istifadə etmək olar. Xüsusilə də, onlar tibbi preparatları insan orqanizminin dərmanlara ehtiyacı olan hissələrinə çatdıra bilərdilər. Ancaq nanorobotlar nəzarət tələb edirlər, və onlara proqram yerləşdirmək üçün "nanobeyin" tələb olunur.
Ancaq nanorobotlar kəşf olunana qədər alimlər əldə olunmuş nailiyyətlərdən müasir kompüterlər üçün yüksək səmərəli prosessorların istehsalı zamanı istifadə etmək fikrindədirlər. Onlar artıq gələcəyin prosessorunun əsasını təşkil edə biləcək "nanobeynin" daha böyük variantını hazırlayıblar.

48-nanobeyin-nedir-ve-ya-o-ne-ucundur-4

Tərcümə etdi: Admin

Mənbə: http://www.newsland.ru

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

ELI_1999 - 25.08.2013
nanobeyin robotlar ucun teskil olunub ve kicik beyindir.
persefona - 04.11.2012
nanobeyin-insan beyninin kiçik versiyası olub,gələcəkdə yaradilacaq olan süni robotlarin idarəedici sistemidir,yəni necə ki,insanı beyi idarə edirsə yaradılmış olan robotları da bu kiçik chipşəkilli sistem idarə etsin deyə yaradılmışdır.

Öz şərhinizi yazın

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<