Müxtəlif qan qruplarına fərqli məsləhətlər

Müxtəlif qan qruplarına fərqli məsləhətlər - 1

Müxtəlif qan qrupları olan insanlar müxtəlif hayat tərzi, qidalanması və s. mənsubdurlar. Ona görə də, bunlara fəqli məsləhətlər də edilir. Məsələn…

I qan qrupu

O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.

Müsbət tərəfləri:
- möhkəm həzm sistemi;
- yaxşı immun sistemi;

Zəif cəhətləri:
- yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur;
- mədənin yüksək turşuluğu;
- allergiya;

Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun.
Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas
Azaldın: yarma, büğda və un məmulatları.

İçkilərdən:
Yaxşıdır
: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi;
Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)
Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.
Çəkini nəzarətdə saxlamaq üçün:
Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər.
Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri.
Fiziki hərəkət: intensiv hərəkətli idman növləri: aerobika, qaçış, üzgüçülük, xizəksürm

Müxtəlif qan qruplarına fərqli məsləhətlər - 2

II qan qrupu

A (II) qrup- tipi «Torpaq adamı». Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir.

Güclü cəhətləri:
- yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya;
- effektiv həzm sisteminə malik olmaq;

Zəif cəhətləri:
- həssas həzm traktı;
- zəif immun sistemi, infeksiyalara dözümsüzlük;
- yüksək dərəcədə oyanıq sinir sistemi;
- şəkərli diabetə tutulma ehtimalı böyükdür.


Dietik məsləhət: tam vegeterian qidalanmaya keçmək;
Yaxşıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla).
Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı).
Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian).
Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.

Müxtəlif qan qruplarına fərqli məsləhətlər - 3

III qan qrupu:

B (III) qrup- tipi «Qəribə köçəri». Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir.

Müsbət cəhətləri:
- güclü immun sistemi;
- yeməklərə yaxşı uyğunlaşma
- balanslaşmış sinir sistemi.

Zəif cəhətləri:
- bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur.

Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun.
Yaxşıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə.
Uzaq durun: dəniz məhsulları, donuz əti.
İçkilərdən:
Məsləhətdir
: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı.
Uzaq olun: pomidor şirəsi, sodalı içkilər.
Çəkini nəzarətdə saxlamaq üçün:
Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa.
Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər.
Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.

Müxtəlif qan qruplarına fərqli məsləhətlər - 4

IV qan qrupu

AB (IV) qrup - tipi «Sirli tapmaca». Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb.

Müsbət cəhətləri:
- Ən gənc qan qrupudur.
- Hissiyyatlı immun sistemi;
- Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir.

Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər.
Yaxşıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa),
Azaltmalı: paxlaları
İçkilərdən:
Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu.
Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı.
Çəkini nəzarətdə saxlamaq üçün:
Kömək edir
: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları.
Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdalı.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__3646775

Əla.Çox sağ olun.

Qonaq__4283931

Maraqlidir

Qonaq__3803324

çalışarıq məsləhətlərə riayət edək. sağ olun!

Qonaq__4462149

maraqlı və məzmunlu məlumat üçün təşəkkür edirəm.

155_5a

Əladı,mən özüm O+qrupuyam.Kim yazibsa əlləri dərd görməsin

Qonaq__5287402

cox saq olun

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed