|
"Mersedes Benz"-in şərəfinə pullar

03.09.2011

p>Berlində 125 il əvvəl İmperiya Patent Şöbəsi Benz & Co şirkətinə 37 435 nömrəli patenti verdi. Bu patent "qaz mühərrikli avtomobil" adlanırdı. Həmin patent avtomobilin yaranması demək idi. Patentin verilmə günü 29 yanvar 1886-cı il qeyd olunub. Bu patent dünyanı tamamilə dəyişəcək bir ixtiranın başlanğıc nöqtəsi idi.



Almaniyanın Federal Maliyyə Nazirliyi avtomobilin ixtirasının 125-illiyinin şərəfinə xüsusi poçt markasını və sikkəni buraxıb. Poçt markasının fonunda 29 yanvar 1886-cı ildə təqdim edilmiş patentin təsviri və ön planda isə dünyanın ilk avtomobilin şəkli dərc edilib. Marka 55 avrosent dəyərində olaraq Almaniyanın bütün poçt agentliklərində və bölmələrində satılır.

9 iyun 2011-ci ildən başlayaraq Almaniyada "Avtomobilin 125 illiyi" olaraq 10 avroluq xüsusi xatirə sikkə dövrəyə buraxılıb. Həmin sikkələri ölkənin bütün banklarından almaq mümkündür.

Tərcümə etdi: Admin
Mənbə: https://zhelezyaka.com
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Yazılmış sərhlər
Doktor_Ali
- 10.12.2013
eeeeeeeeeeeelllllllllllllllllaaaaaaaaaaaaaaaaa mercedes-benz maşından sonra pull çıxarmağa başlayır
|