|
Mayamidə elektrik enerjisi istehsal edən möhtəşəm göydələn tikiləcək

27.11.2010


Dayco Holding Corporation Mayamidə, yaxınlıqda yerləşən tikililəri elektrik enerjisi ilə təmin etmək üçün qüllə tikəcək. Solar Universe adlı bu yeni tikilinin hündürlüyü 305 m olacaq. Qurğu günəş panelləri, külək generatorları və ən əsası, hündürlükdən tökülən sudan işıq enerjisi alan hidroelektrik turbinlər ilə təchiz ediləcək. Bunun üçün ilk öncə suyu 200 metr hündürlükdə quraşdırılacaq rezervuara yığacaqlar, həmin rezervuardan da su aşağı töküləcək. Həmçinin, göydələndə biokütlədən də elektrik enerjisi almaq üçün xüsusi qurğular quraşdırılacaq. Bunlardan başqa, Solar Universe-in ən üst qatında əyləncə kompleksi və müşahidə meydançası inşa ediləcək. EcoFriend-in verdiyi məlumata görə, qüllə təxminən 2013-cü ilin yayına qədər tikilib istifadəyə veriləcək.



Tərcümə etdi: Cambulat Əliyev
Mənbə: https://zhelezyaka.com
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Yazılmış sərhlər
krzayev
- 21.02.2014
ne qeseydi onun basinda olmaq isterdim
|
Doktor_Ali
- 10.12.2013
əla əla əladı ki,oo maaaaa neçiyə versən
|
felaket14
- 02.12.2013
eladi ela
|
puste
- 12.07.2013
superdi
|
Qonaq__283541
- 07.07.2013
offfff nece möhtesemdi
|
CHELSEA_ISA
- 13.11.2012
yaxcidi
|
nermin92
- 14.04.2012
elaaa....
|