London olimpiadasının medalları necə olacaq?

London olimpiadasının medalları necə olacaq? - 1

İdman yarışlarının ən yüksək pilləsi sayılan növbəti olimpiada 2012-ci ildə Londonda keçiriləcək. Terlegraph yazdığına görə, İngiltərənin olimpiya komitəsi qaliblərə təqdim ediləcək medalların ilk nümunələrini nümayiş edib. Bunların sayı 2100 ədəd olacaq.

London olimpiadasının medalları necə olacaq? - 2

Medallar dizayneri Britaniyalı rəssam Devid Uotkinsondur. Medalın üzərində Parfenondan enən yunan qələbə ilahəsi Nika təsvir edilib. Əks tərəfində isə Temza çayının təsvirini görmək olar.

London olimpiadasının medalları necə olacaq? - 3

Sikkələr Pekin Olimpiadasının medallarıyla müqayisədə daha böyük və daha qalın olacaq. Yeni medalların çəkisi 375-400 q olmaqla ən ağır olimpiya medalı olacaq. Müqayisə üçün onu da deyək ki, Pekindəki medalların çəkisi 200 q qədər, 1992-ci ildə Barselonada olanlar isə 231 q idi. Medalların diametri 85 millimetr, qalınlıq isə 7 millimetr təşkil edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed