Livanda ayaqlı qədim ilan tapılıb



Biologiya fənnindən bizlərə məlumdur ki, bəzi qədim ilanların və balıqların ayaqları olub. Amma sübut etmək üçün faktlar az idi. İlan sözü eşidərkən insanda istər-istəməz vahimə yaranır. İndi isə təsəvvürünüzə gətirin ki, ilanın ayağı var.... Bu dəhşətdir....

Sözü gəlmişkən Livanda qədim ilanın daşlaşmış formasını tapıblar. Amma maraqlısı orasındadır ki, bu ilanın aydın görünən ayaqları var. Yeni texnologiyanın köməyi ilə alimlər süxuru dağıtmayaraq, orada görünməyən, amma süxurun içində olan ilanın ayaqlarını görməyə müvəffəq olublar. Bu məlumatlar Journal of Vertebrate Paleontology jurnalında dərc edilmişdir.
İlanlar təkamülün gedişatında öz ayaqlarını itirmişlər. Bu gün alimlər bir ümumi nəticəyə gələ bilmirlər ki, ayaqlarını itirmiş ilanların əcdadı kim olub. İki əsas versiya var - bu varlıq ya suda yaşayırmış, ya da quruda yaşayan kərtənkələ olub.
Yeni layihənin müəllifləri 95 milyon il əvvəl yaşamış Eupodophis descouensi ilanının qalıqlarını tədqiq edirlər. 50-santimetrlik sürünəninin bir hissəsi süxurda olmasına baxmayaraq, onun bir digər ayağı tam aydınlıqla görünür.

Alimlər sinxron rentgen şüasının (Synchrotron-radiation Computed Laminography - SRCL) köməyi ilə ilanın 3D variantını düzəltməyə müvəffəq olublar. Bu aparatın köməyi ilə onlar süxurun işində olan digər ayağın tam təsvirini alıblar.

Tədqiqatçılar belə qərara gəliblər ki, ilanların ayaqları kərtənkələlərə nisbətən qısa bir zamanda və ləng böyüyürmüş.

Tərcümə etdi: Admin
Mənbə: https://lenta.ru
Yazılmış sərhlər
Qonaq__5826657
- 12.12.2014
onda 1000000 ilden sonra ayagımızi itirib robot ayagla gezeceyik
|
GuNaY_2001
- 01.05.2014
iyyy ilandan iyrenirem ama ilan ilindenem :)
|
Qonaq__262011
- 03.12.2013
İLANLARİN AYAQLARİ VAR.ONDA 3 PLANETIN OLDUXUDA DOXRUDUR
|
Nizami24
- 18.11.2013
maraqlidir
|
Nizami24
- 18.11.2013
Cox maraqlidir ayaqli ilani birinci defedir gorurem ve cox xosuma geldi.
|
professor_Xalid
- 14.11.2013
Yaxsidir.
|
aston
- 28.10.2013
hec ewitmemiwdim.dogurdanda maraqlidi:)))
|
Laurinda
- 14.01.2013
Maraqli melumatdir evvel bu barede esitmisdim amma deqiq subut oldugunu bilmirdim.Heyat mocuzeleriyle doludur
|
faus
- 15.10.2012
cox maraqli faktdir gor dunyada ne qeder sirri acilmayan mocuzeler var
|
mutalibqizi
- 07.08.2012
mənim inanmağim gəlmir
|
Qonaq__9595
- 06.07.2012
Cox maraqlI faktdIr ve men inanIram.
|
Mukemmel
- 10.06.2012
En maraqli melumatlardan biridir
|
sedrik
- 17.04.2012
maraqlidir ama qeribe gelen odur ki, bu nece ola biler duzu 50 faiz inandim 50 faiz yox
|
zin
- 07.03.2012
maraqli melumatdir
|
Elchin
- 28.02.2012
mən inanıram ona görə ki,bu dünyada hər şey ola bilər.çünkü zəmanə çox dəyişilib
|
Carlos_Puyol
- 14.02.2012
Dünyada hələ nə qədər tapılmamış sirlər var.Hələ çox şey aşkara çıxacaq.
|
good_boy
- 29.01.2012
Ordubad,Qazax,Borçalı,Naxçıvan
|
karizma
- 18.01.2012
ayaqli ilan ayaqli insandan o qeder de qorxulu deyil.
|
Toqrul
- 06.12.2011
bu dunyadi hami bilir ele buna gorede her sey ola biler
|
akilli
- 25.11.2011
maraqlidir goresen hele hemin ilanin davamcilari var?
|
zqtla
- 22.10.2011
oz gozumnen gormesem inanmaram...
|
zülü
- 02.10.2011
mən inanıram çünki həyatda belə şeylər çox olur
|
Qonaq__108514
- 29.09.2011
maraqlidir ama qeribe gelen odur ki, bu nece ola biler duzu 50 faiz inandim 50 faiz yox
|