
Krımın birləşməsi şərəfinə 1 kiloluq qızıl pullar buraxılıcaq



Tarixdən məlumdur ki, çox dövlətlərin hökmdarları hakimiyyəti vaxtlarında öz şəkillərini əks etdirən sikkələr buraxırdı. Bundan başqa, hər hansı bir əlamətdar gün və ya hadisə baş verərsə onda da uyğun olan sikkələr işıq üzü görürdü.
Rusiyanın "Art-Qrani" şirkəti belə işlərdə çox təcrübəlidir. Beləliklə, BBC-nin verdiyi məlumata görə, Krımın birləşməsi şərəfinə Rusiyada Putinin təsviri olan qızıl və gümüş sikkələr buraxılacaq.
Rusiyanın Çelyabinsk vilayətində Krımın Rusiyaya birləşməsi şərəfinə xatirə sikkələri buraxılacaq.
Sikkələrin 1 kg çəkisi olacağı bildirilir.
Sikkənin üzərində prezident Vladimir Putinin portretinin relyefli cizgisi həkk olunacaq.
Dəmir pulun arxa üzündə isə Krım yarımadası xəritəsinin cizgisi təsvir ediləcək.
"Krım 2014" sikkə kolleksiyası 25 gümüş və qızıl puldan ibarət olacaq.
Bu kolleksiyanın yaradılması ideyası xatirə dəmir pulların buraxılmasında ixtisaslaşmış "Art-Qrani" şirkətinin direktoruna məxsusdur.
Şirkətin vebsaytında qeyd olunub ki, bu müəssisə artıq 15 ildir ki, əlamətdar hadisə, yubiley tarix və görkəmli xadimlər barədə xatirəni əbədiləşdirmək üçün xüsusi sikkələr kolleksiyası buraxmaqla məşğuldur.
Qədimdən qalan bu adət deyəsən daim yaşamaq üzrədir.
Mənbə: https://www.bbc.co.uk
Yazılmış sərhlər
avara584
- 07.08.2014
onda ozümüzle pehlevan gezdirekki
|
Qonaq__2259203
- 12.05.2014
3-4 dənə buraxarlar,o da muzeyə aparmaq üçün.
|
Lezgin1999
- 08.05.2014
chox ela fikirdi
|
osakuc
- 07.05.2014
eladi ki...
|
Qonaq__2162978
- 03.05.2014
Yalandir
|
MeqaZeka
- 29.04.2014
onda here evde cixanda cemi 1\"DENE\"
pul goturecek 1 kq??? haha |
Qonaq__2101192
- 28.04.2014
bunlar bizim neyimize lazimdir axi///
|
Qonaq__1728561
- 27.04.2014
TAB KI.BU PUL ANTIKVAR OLACAKA XARCLAMAK UCUN DEYILKI
|
I_love_Fizika
- 24.04.2014
Onuz da qadınların çantası ağır idi.İndi çantalar aşağısı 20-30 kq olacaq:DDDD
|
I_love_Fizika
- 24.04.2014
Onu necə daşıyacaqlar??
|
Qonaq__2050482
- 24.04.2014
1 kilo hech de pis deyil
|