..........

İnternet “xəstələri” bu xəstəliklərə qarşı həssasdırlar

İnternet “xəstələri” bu xəstəliklərə qarşı həssasdırlar - 1

Suonsi Universitetində işləyən alimlərin gəldiyi nəticəyə əsasən, kompüter arxasında və internetdə daha çox vaxt keçirən insanlar qrip və soyuqdəymə xəstəliklərinə qarşı daha həssasdırlar.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, bu kimi insanlarda qrip və ya soyuqdəymə xəstəliyinə tutulmaq ehtimalı təxminən 30 faiz yüksəkdir. Belə ki, internetdən asılı insanlar təmiz havada az vaxt keçirirlər ki, bu da immunitetin zəifləməsinə səbəb olur.
Bundan başqa, alimlərin qənaətincə, internetə həddən ziyadə aludəçilik, həmçinin depressiya və yuxu pozulmalarına səbəb ola bilər.
Emil Hüseynov

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__14028321

superdi

ehli_beyt

Eladı da

Səhr yaz