Sizin hazırki nikiniz (ləğəbiniz)

İntellektin növləri ilə tanış olun

İntellektin növləri ilə tanış olun

Psixoloq və "çox saylı intellekt" anlayışının müəllifi Hovard Qardner intellektin 8 növünü müəyyən edib. Müsair təhsil sistemi bu intellektlərin yalnız ikisinə önəm verir. Bu səbəbdən bir çox məktəbli və tələbələr təhsil sahəsində uğur qazana bilmirlər və həyatda onlara yerlərini tapmaq çox çətin olur. Həmçinin digər bir nəzəriyyə var ki, Allah hər kəsə müəyyən qədər potensial verib. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu baxımdan uşaqlarda intellektin növünü müəyyənləşdirmək olarsa, o zaman onların özlərini realizə etməsi üçün uyğun imkanlar yaratmaq asan olar.
 
1. Linqvistik intellekt

Yazılı və ya şifahi sözə maraqla büruzə verilir. Bu intellektli uşaqlar böyük həvəslə nağıllara qulaq asırlar. Həmçinin yazmaq və oxumağa erkən yiyələnə bilirlər. Gənc yaşlarında kitab oxumağı, divar qəzetləri hazırlamağı, krossvordlar həll etməyi və hər hansı bir hadisəni həvəslə danışmağı xoşlayırlar. Bu tipli intellektə sahib olanlar üçün təhsilin şifahi keçməsi, birgə kitab oxumaq və diskussiya formasında aparılması önəmlidir. Müasir təhsil sistemi məhz bu intellektə daha çöx önəm verir. Bu tip intellektli uşaqlar oxuyur, yazır, dinləyir, danışır və nəql edirlər. Bu intellektin realizəsi yazıçı, ssenarist, dramaturq, jurnalist, siyasətçi, korrektor və tərcüməçi peşələri üzərində edilə bilər. 
 
2. Riyazi-məntiq intellekti

Bu cür uşaqlar rəqəmlərə və nömrələri xoşalyırlar. Adətən onlar, telefon nömrələrini, hadisələrin tarixini asanlıqla yadda saxlaya bilirlər. Onlar riyazi məsələləri həll etməkdən zövq alırlar. Onlar təhlil və nəticə çıxarmağı xoşlayırlar. Asanlıqla səbəb və nəticələrin əlaqələrini təyin edir, sistemləşməyə can atır və abstrakt məlumatlarla zehni əməliyyatlar apara bilirlər. Bu cür uşaqlar riyaziyyatçı, mühasib, analitik, proqramçı, alim, detektiv və həkim ola bilərlər.
 
3. Vizual-məkan intellekti

Bu cür uşaqlar saatlarla taxta və elə də gözə xoş gəlməyən oyuncaqlarla oynaya bilirlər. Onlar böyük həvəslə pazllar toplayır, labirint oyunlarından zövq alırlar. Çox vaxt onların xəyali dostları olur və  təxəyyülləri yaxşı inkişaf etmiş olur. Tez-tez xəyallara dalır və rəsm çəkməyi xoşlayırlar. Rənglərin ahəngliyini hiss edir və erkən yaşlarından geyimlərində nəyin uyğun olub olmamasını anlayırlar. Bu cür gənclər həndəsə, rəsmxət və təbiət elmləri (fizika, kimya) istiqamətində uğurlar əldə edə bilirlər. Onlarda məkan anlayışı inkişaf etmiş olur. Müxtəlif məkan və ətrafla bağlı xırda detalları asanlıqla yadda saxlaya bilirlər. Cədvəlləri rahatlıqla oxuya bilir və diaqramları anlayırlar. Beyinlərində əvvəlcədən dəyişiklikləri (məsələn, otaqda mebel yerdəyişməsi) düşünüb sonradan onları həyata keçirə bilirlər. Onlar ətrafı başqa bucaqdan görə bilirlər və görüntünün müxtəlif formalarını təklif edə bilirlər. Bu xüsusiyyətlərə malik uşaqlar gələcəkdə dizayner, memar, rəssam, cizgi filmləri sahəsində mütəxəsis, mühəndis, ixtiraçı və ya heykəltaraş ola bilərlər.

4. Cismi-kinestik intellekti

Bu növ intellektin sahibləri üçün əsas özünü ifadə aləti onların cismləridir. Hərəkətlər, müxtəlif mimikalar vasitəsi ilə onlar emossiyalarını və fikirlərini rahat ifadə edə bilirlər. İnstiktiv olaraq onlar fiziki yükləməyə və idmana meyilli, sağlam, güclü və yaxşı qidalanan olurlar. Onların bir çox bacarıqları inkişaf etmiş olur. Onlar ustalıq etməyi və işlərini əlləri ilə görməyi xoşlayırlar. Səhnədə çıxış etməkdən zövq alırlar. Onların bacarıqları rəqabət və uğur qazanmaq yolunda çalışmaqla inkişaf edir. Belə ki, uğursuzluğa qarşı dözülməzlik ifadə edir, dəstəyə və alqışlanmağa ehtiyac duyurlar. Bu istedada malik insanlar idmançı, idman sahəsində mütəxəssis, mexanik, heykəltaraş, cərrah və ya artist ola bilərlər. 

5. Musiqili intellekt

Bu cür uşaqlar ritmi yaxşı hiss edir və eşitmə, duyma qabiliyyətləri güclü olur. Musiqi alətlərinə qarşı maraqları yüksəkdir. Musiqidən zövq alır və bu sahəyə maraqları güclü olur. Musiqiləri asanlıqla yadda saxlaya bilirlər. Bu cür qabiliyyətlərə malik insanlar musiqiçi, bəstəkar, tənqidçi, dirijor, səs operatoru, radio aparıcı, və yaxud musiqi redaktoru ola bilərlər. 

6. Təbii-naturalistik intellekt

Bu növ intellektli insanalar təbiətə qarşı xüsusi sevgi ilə yanaşırlar. Onlar müxtəlif bitki və canlı aləmlə bağlı eksperiment keçirməyi xoşlayırlar. Onlar bitkilərin inkişafını, həşəratların hərəkətlərini saatlarla müşahidə edə bilirlər. Heyvan saxlamağı xoşlayır evlərində müxtəlif bitkilər yetişdirirlər. Təbiət hadisələrini izləməkdən zövq alırlar. Keçmiş zamanlarda bu cür insanlar çox bacarıqlı ovçular, təbib və otlar aləminin biliciləri olurdular. Müasir zamanımızda bu cür uşaqlar biologiya, kimya və ətraf mühütlə bağlı fənlərdən yüksək qiymətlər alırlar. Təbiət gəzintilərində və ətraf mühitlə bağlı tədbirlərdə həvəslə iştirak edirlər. Bu uşaqlar gələcəkdə ekoloq, baytar, geoloq, okean aləminin tədqiqatçısı, seysmoloq, arxeoloq, meşəbəyi və ya fermer ola bilərlər.
 
7. Ekzistensional intellekt

Bu cür uşaqlar erkən yaşlarından yüksək səviyyəli düşüncələri ilə fərqlənirlər. Hisslərini anlayır və onları idarə edə bilirlər. Onlar sağlam düşünə bilir və nəticə çıxara bilirlər. Erkən yaşlarından həyat və ölümlə bağlı mövzular onları maraqlandırır və dünyanın yaranışı ilə bağlı müxtəlif fikirlər irəli sürə bilirlər. İlahi elmlər və fəlsəfə ilə dərindən maraqlanırlar. Onlar sağlam düşünərək uzunmüddətli planlar qurur və bu planlara riayət edə bilirlər. Bu cür uşaqlar gələcəkdə ruhani, psixoloq, siyasətçi, təbliğatçı, fəlsəfə elmləri üzrə professor və ya müəllim ola bilərlər. 
 
8. İnterindividual intellekt

Bu cür uşaqlar əlaqələndirici olaraq ətrafdakılarla tez bir zamanda əlaqə yarada bilirlər. Necə xoşa gəlməyin yollarını bilir və öz istedadlarından məharətlə istifadə edə bilirlər. İnsanları asanlıqla anlaya bilirlər. Əhvallarını sürətlə dəyişib idarə edə bilirlər. Artıq uşaq vaxtlarından istedadlı danışıqlar apara bilirlər. Gənc yaşlarında ətraflarında insanları toplaya bilir, və insanlar arasında liderə çevrilə bilirlər. Ağıllı olduqları üçün onların çoxlu dostları olur. Ünsiyyətcil, zarafatcıl və yüksək xarizmaya malik olurlar. Başqalarını yaxşı anladıqları üçün insanlara dəstək olub yardım edə bilirlər. Bu cür uşaqlar gələcəkdə müəllim, siyasətçi, natiq, danışıqlar aparan vasitəçi, diplomat, menecer, direktor və s ola bilərlər.
 
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__31211716 - 11.09.2017
maraqlıdı

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla