İlk buxar gəmisini kim tikib?

İlk buxar gəmisini kim tikib? - 1 İlk buxar gəmisini kim tikib? - 2

Gəmiqayırmada buxar enerjisindən istifadə etmək ideyasını ilk dəfə fransalı fizik Deni Papen (Denis Papin) irəli sürmüşdü.

İlk buxar gəmisini kim tikib? - 3

O, XVII əsrin sonunda buxar mühərrikinin modeli ilə təcrübələr aparırmış. Bu proseslər Ceyms Vat tərəfindən buxar maşınının yaradılmasından 90 il əvvəl baş verib.
1707-ci ildə Papen buxar mühərriki ilə və avar təkərləriylə təchiz edilmiş gəmini layihələndirdi. Ancaq bu layihənin bir nüsxəsi belə mövcud deyil. Versiyaların birinə görə, müvəffəqiyyətli sınaqdan sonra işsiz qalmaqdan qorxan qayıqçılar onu sıradan çıxardıblar. 30 il sonra Papenin təcrübələrini ingiltərəli Conatan Xalls davam etdirdi. Onun apardığı ilk sınaq acınacaqlı bitdi: mühərrik o qədər ağır oldu ki, gəmi sadəcə suda batdı. Əsl müvəffəqiyyətə ixtiraçılar yalnız XIX əsrin başlanğıcında nail oldular.

İlk buxar gəmisini kim tikib? - 4

1802-ci ildə şotlandiyalı Vilyam Sayminqton "Şarlotta Dundas" paroxodunu nümayiş etdirdi, beş ildən sonra isə amerikalı Robert Fulton "Klermont-u" adlı müntəzəm ticarət reysləri edən paroxodu təqdim etdi.

İlk buxar gəmisini kim tikib? - 5 İlk buxar gəmisini kim tikib? - 6

Bu hadisə haqqında qəzetlər yazdığına görə, qayıqçıların çoxu bu hadisəni dəhşətli faciə kimi qəbul edirdilər. 1809-cu ildə Fulton "Klermont"-un konstruksiyasını patentləşdirdi və ilk paroxod yaradıcısı kimi tarixə həkk oldu. Sonralar isə Fulton buxar mühərriki ilə işləyən ilk hərbi gəmini layihələndirdi. Gəmiyə "Demoloqos" adı verildi.
"Yelizaveta" adlı ilk rus paroxodu 1815-ci ildə mexaniki-tökmə zavodunun sahibi Karl Berd tərəfindən Peterburqda tikilmişdi. Neva çayında müvəffəqiyyətli sınaqlardan sonra gəmi Peterburq və Kronştadt arasında işləməyə başlamışdı. Belə reyslərdən biri haqqında hesabat "Vətənin Oğlu" jurnalını dərc edildi. Bu məqalədə rus dəniz zabiti, gələcək admiral Pyotr Rikord, ilk dəfə çapda "paroxod" terminini istifadə etdi.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Doktor_Ali

fuuuuuuuuuuuullllllll

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed