Hər gün istifadə etdiymiz bu əşya ciddi xəstəliklərin mənbəyi imiş


Kanadalı mütəxəsisslər apardıqları araşdırma nəticəsində belə bir narahatverici açıqlama ilə çıxış ediblər.
Mütəxəsisslərin apardıqları araşdırma nəticəsində məlum olub ki, kompyuterin klaviaturasından yaxından dayanaraq istifadə etmək xəstəliklərin yaranma təhlükəsini birə beş artırır. Belə ki, klavişlərin bir-birinin ardınca sürətlə basılması zamanı toplanan çoxsaylı mikroblar və toz havaya qalxır. Bununla da yuxarıya qalxan gözəgörünməz və mikroblarla zəngin toz birbaşa insanın daxili orqanlarına yönəlir. Zamanla kalviaturanın düymələrinin arasına yerləşən toz insan orqanizminə toplanaraq daha da təhlükəli hal alır və astma, zökəm, bağırsaq və dəri xəstəliklərin yaranmasına gətirib çıxarır.
Vəziyyətdən ilkin çıxış yolu kimi mütəxəssislər komputer klaviaturalarının mütəmadi olaraq təmizlənməsini və kompyuterdən istifadə edərkən oturma qaydalarına riayət etməyi məsləhət görür. Belə ki, insanın üzü ilə klaviaturanın arasındakı məsafə 36 santimetr olmalıdır.
Mənbə: https://news.atv.az
Yazılmış sərhlər
Qonaq__11368581
- 14.06.2015
BUNUN QARSİSİNİ NECE ALMAQ OLAR?
|
Qonaq__11332567
- 13.06.2015
Heç bilmirdim xəstəlik törədəcəyini sağolun!
|
Albert_Einstein_1
- 10.06.2015
Heç belə düşüünməmişəm.
|