|
Hansı parça partlayışa davam gətirə bilər?

28.07.2010

Partlayış ətrafda olan canlıları məhv etməklə yanaşı, yaxın məsafədə olan insanlara dalğasının gücü ilə təsir edə bilər. Nəticədə insanın daxili orqanları ciddi zədə alaraq, onun həlak olmasına səbəb olur.

Britaniyanın Ekseter universitetinin mütəxəssisləri insanı partlayışın dalğasından qoruya biləcək bir parça icad ediblər. Bu parçanın özəlliyi ondan ibarətdir ki, bunda olan iplər uzanmaya məruz qalarkən nazilmək əvəzinə qalınlaşırlar. Bu iplər elastik teldən və onun üzərinə dolanmış elastik olmayan ikinci teldən ibarətdir. Belə parçanın qalınlığı 1-2 mm-dir. İxtiraçıların dediyinə görə, bu parçadan yetərincə günəş işığı keçirə bilən yarımşəffaf pərdələr də düzəltmək mümkündür. Bu yeni parça sınaqlardan keçib və yaxın 3-5 ildə istifadəyə veriləcək.
Tərcümə etdi: Admin
Mənbə: https://zhelezyaka.com
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Yazılmış sərhlər
professor_Xalid
- 13.11.2013
ola biler.
|
rustem2002n
- 16.10.2013
ela
|
Qonaq__306912
- 13.05.2012
yalandi inanmiram
|
Natana
- 16.04.2012
Maraqli melumatdir icad edibler yaxsidir.istifadeye verseler lap yaxsi olar
|