1
Facebook-un köməyi ilə ad gününə qonaqları dəvət etmək nə ilə nəticələnə bilər?
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

Facebook-un köməyi ilə ad gününə qonaqları dəvət etmək nə ilə nəticələnə bilər?

Web site
25.10.2010
Web site
258

The Telegraph qəzetinin yazdığına görə: "14-yaşlı Britaniya məktəblisi Rebekka Cavelyu (Rebecca Javeleau), Facebook-dan olan dostlarını öz doğum gününə dəvət etmək fikrinə düşür. 10-15 nəfər dəvət etmək istəyən bu gənc qız bunun nə ilə nəticələnəcəyini fikrinə belə gətirmirdi. Xırda bir diqqətsizlik nəticəsində 21 mindən çox insan onun ad günündə iştirak etmək istəyini bildirir.

Bu problemin səbəblərindən biri isə Rebekkanın dəvətdə öz ünvanını və telefonu göstərməsi oldu. Qızın anası, 40-yaşlı Treysi Layvsey (Tracey Livesey), artıq oktyabrın 7-nə təyin edilmiş əyləncə gecəsini ləğv edib. Amma minlərlə insanın qonaq gələcəyi təhlükəsi real olduğundan, Harpenden şəhərinin polisi qız yaşayan ərazidə patrullar yerləşdirdi.
Gələn zənglərin həddindən artıq olması qızın telefonunun Sim kartının dəyişməsinə səbəb oldu. Polisin Facebook-un administrasiyası ilə əlaqə yaratmaq istəyi bir nəticə vermədi.
Sonralar bu hadisə ilə əlaqədar Facebook-un administrasiyası qeyd etdi ki, eyni qrupdan olan Facebook istifadəçiləri bir-birini dəvət edərkən dostlarının bir qismini və ya hamısını seçmək imkanı var.
Beləliklə, əgər öz ad gününüzə Facebook dostlarınızı dəvət etmək istəyirsinizsə, ehtiyatlı olun, telefon nömrənizi və ya evin adresini yazmayın. E-meyldən istifadə etmək daha təhlükəsizdir.

Tərcümə etdi: Admin

Mənbə: https://www.rian.ru

Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin

Yazılmış sərhlər

professor_Xalid - 12.11.2013
aaaa,men olsaydim 1 milyon nefer cagirardim
quzum - 04.11.2011
men onsuzda facebooka ve ya diger sosial sebekelere girmekden xosum gelmir menasizdi menim ucun ona gore mene ferqi yoxdu

Öz şərhinizi yazın

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif

Bağla
Tələbələr üçün yeni sistem yaradılıb
Bəzi müəllimlərə məktəbdə məhdudiyyət tətbiq ediləcək
Şagirdlərin sıxlığı necə həll olunacaq?
Karantinlə bağlı məktəb direktorlarına nə tapşırıqdı?