Facebook-dan yeni şad xəbər

Facebook-dan yeni şad xəbər - 1

"Facebook" sosial şəbəkəsində qrup iştirakçılarının istifadə edə biləcəyi fayl mübadiləsi funksiyası işə salınıb. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yüklənən bir faylın maksimal ölçüsü 25 meqabaytla məhdudlaşır.

Facebook-dan yeni şad xəbər - 2

Qrup istifadəçiləri sənəd, fotoşəkil, qısa videoçarx və digər kontenti mübadilə edə biləcəklər. Zərərli proqramların və müəllif hüququ sahibləri tərəfindən şikayətlərin olmaması üçün "Facebook" musiqi və ".exe" genişlənməli faylları yükləməyi qadağan edib. "Facebook"-un qruplarından 380 milyonda çox insan istifadə edir. Yeni funksiyadan hələlik yalnız məhdud saylı qruplar yararlana bilər.

Facebook-dan yeni şad xəbər - 3

Fayl mübadiləsi funksiyası ilk dəfə "Facebook"-un kollec və universitet tələbələri üçün qapalı qruplarında yaradılıb. Qruplara yalnız ".edu" poçt ünvanına malik istifadəçilər daxil ola bilərlər. Yeni funksiyanın sosial şəbəkə tərəfindən 2011-ci ilin oktyabrında alınan "drop.io" fayl mübadiləsi texnologiyasına əsaslandığı ehtimal edilir. "Adobe Connect" və ya "Dropbox" fayl mübadiləsi servislərindən fərqli olaraq burada qeydiyyat tələb olunmur. İstifadəçilərin faylı yükləyərək keçid əldə etməsi və onu dostları ilə bölüşməsi kifayət edir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

perish_Lee

Facebook

Qonaq__2938875

super yaaaaaaaaaaaaaaaaaaaaaa

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed