Sizin hazırki nikiniz (ləğəbiniz)

Eyfel qülləsinin tarixçəsi

Eyfel qülləsi, 1889-cu ildə Fransanın Paris şəhərində "Dünya Yarmarkası" üçün qurulmuşdu.

Eyfel qülləsinin tarixçəsi


Qüllə, Qustav Eyfel adlı məşhur fransız mühəndisin ideyası idi. Tikinti tamamlanan zaman dünyada ən uzun dəmir tikili halına gəldi. Eyfel, bu qülləni müasir elmin şərəfinə tikmişdi.

Eyfel qülləsinin tarixçəsi

Mühəndis, ilk öncə qüllənin dizaynı haqqında Dünya Yarmarkası Komitəsinə bildirdi. Komitə üzvləri başqa planlara da baxdıqdan sonra 1886-cı ildə Eyfelin layihəsi qəbul edildi. Onlar bunun metal sənayesinin orijinal bir şah əsəri olacağını düşünürdülər.

Eyfel qülləsinin tarixçəsi

Bununla bərabər, bir çox insan Eyfelin planını sevmədi. Onlar, Parisin Notr Damm Kafedralı, Luvr və Versal kimi klassik binaları ilə dünyada ən məşhur şəhər olduğunu deyirdilər. Həmin adamlar, Eyfelin gülməli qülləsinin bu möhtəşəm tikililər arasında böyük bir tüstü borusuna oxşadığını deyərək Fransız hökumətinə bu barədə şikayət etdilər. Qüllənin şəhərin gözəlliyini məhv edəcəyi düşüncəsi ilə qorxuya qapıldılar.

Eyfel qülləsinin tarixçəsi

Ancaq bu şikayətlər layihənin icrasını dayandıra bilmədi. İki il içində tikinti tamamlandı və açılışı 1889-cu il yarmarkası üçün planlaşdırıldı. Qısa bir vaxtda bu yarmarkanın ən populyar, seyr edilməli tikilisi halına gəldi.
Bu gün Eyfel qülləsi dünyanın ən məşhur tikililəri və Parisə gələn turistlər üçün ən görməli yerlər sırasındadır.

Tərcümə etdi: Cambulat

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__19634491 - 06.08.2016
Məktubunuzun mətnini buraya yazın.. Mən effel qülləsinin başqa bir mənada eşitmişəm və də sınamışam bu pis fikir də doğru çıxdıııı
Qonaq__9609092 - 31.03.2015
Goresen Fransada insan ozunu nece hiss edir?O hissi yaşamaq isteyiremmm
Qonaq__9606322 - 31.03.2015
Eyfel qülləsinin mühəndisi olan Qustaf Eyfel bildiyimə görə alman əsillidir. Almanlara nifrət edən bir fransız bu səbəbə görə həmişə bu qülləni sevmədiyini və görmək istəmədiyini söyləyirmiş, amma hər gün də naharını bu qüllənin altındakı kafedə edirmiş. Bunun səbəbini soruşanlara isə bu cavabı verirmiş ki, bu qüllə Parisin hər yerindən görünür, təkcə onun altında olanda görünmür, ona görə naharımı burda edirəm. ))) bax belə.
Qonaq__9604980 - 31.03.2015
EYFEL KULESI GOZEL AMMA HER KESE OZ SEHERI DAHA EZIZ VE DAHA GOZEL OLUR ?????????????????
Qonaq__3201415 - 24.07.2014
eyfel cox gozel tikilidir
Qonaq__2399854 - 28.05.2014
en boyuk arzumdu orda olmaq
Qonaq__264941 - 05.12.2013
eyfel qullesinin duz kəlləsində olmaq istərdim amma hayif ki basim hərlənər
Qonaq__264941 - 05.12.2013
məncədə
qonaq_211281 - 27.11.2013
mende eyfel qullesini yaxindan gormek isterdim
Qonaq__24532 - 31.08.2013
mən də Eyfel qüllesini yaxından görmək istəyirəm
ENISHTEYN - 31.08.2013
Paride olmag isteyirdim
Qonaq__552704 - 04.08.2013
efel qüiiesi en sevdiyim şah eseridir.
Qonaq__609252 - 02.07.2013
dunyanin en gozel medeniyyet abilerden biridir tebii ki kolizeyden sonra
Qonaq__386946 - 24.01.2013
tarixi qedim olan en gozel tikililerden biridir!
ayka - 22.01.2013
men eyfel qullesini cox sevirem
luar - 02.12.2012
Eyfel qülləsinin uzunluğun yazmayıblar.
Rockgirl - 06.11.2012
Paris həyatımdı. Eyfel isə həyatımın mənası. Eyfeldə olmaq ən böyük arzularımdan biridir
biosebi - 04.05.2012
Eyfel gozeldi,amma Bakimizda ondanda gozel abideler,yerler var...
Dahi_qiz - 17.04.2012
mence yoxxxxxxxx
KONUSTAN_TIN - 17.03.2012
GORESEN AZERBAYCANDA 1889 CU ILDEN FERQLI OLARAQ 2012 CI ILDE BELE BIR TIKILI TIKE BILER??????
Qonaq__75363 - 06.02.2012
Eyfel qullesi dunyada en yaxsi dovlet olan fransada yaxsi ki tikildi.

Öz şərhinizi yazın