|
Evdən çıxmadan Sim-kart olmaq necə və nə vaxt mümkün olacaq?

11.05.2016

Azərbaycanda Sim-katların onlayn-satış vaxtı açıqlandı.
Trend-ə İT bazarındakı mənbədən verilən məlumata görə, mobil operatorların Sim-kartlanın onlayn-satış sistemi Azərbaycanda bu ilin ortalarında istifadəyə veriləcək. Bu, "elektron hökümət" portalı vasitəsilə mümkün olacaq.
Mənbə bildirib: "Layihənin texniki detalları iki operatorla razılaşdırılıb, indi üçüncü operatorla məsələni həll etmək qalıb. Sim-kartların onlayn-satış sistemi üzrə işlər artıq aktivləşdirilib, mayda sistemin mümkün olacağı nəzərdə tutulur".
Sim-kartların elektron formada satışı ölkənin bütün mobil operatorları vasitəsilə həyata keçiriləcək.
Milli.Az
Mənbə: https://news.milli.az
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Bu məqaləyə aid şərhlər yazılmayıb.
Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!