Ev telefonuna MMS göndərmək istəyirsinizmi?


Mobil telefonların geniş inkişaf və yayılması insanların bir-birile fərqli formatda əlaqə saxlamağa imkan verir. Buna SMS, MMS və daxildir. Amma bu sadəcə mobil telefonlarda mövcuddur. Yeni xəbər isə ev telefonlarından istifadə edənlərə bir şad xəbər olacaq.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) ümumi istifadədə olan telefon şəbəkəsi vasitəsilə multimedia ismarıclarının (MMS – Multimedia Messaging Service) göndərilməsi şəbəkəsini işə salacaq. Bu barədə İB-dən məlumat veriblər.

Yeni şəbəkə kontent-provayderlərə stasionar telefonlara multimedia fayllarını çatdırmağa imkan verəcək. Hazırda bazarda artıq SMS və MMS məlumatların göndərilməsi funksiyasını dəstəkləyən simsiz ev telefonları təqdim edilib.
Məlumata əsasən, hələlik bu xidmətin tətbiqinin qarşısını alan amil abunəçilərin təsbit edilmiş telefoniyalarında bu növ şəbəkəni dəstəkləyən telefonların sayının az olmasıdır.
Hazırda "Aztelekom" stasionar şəbəkəsinin abunəçiləri qısa ismarıcların (SMS) göndərilməsi şəbəkəsindən istifadə edə bilirlər. Operatorun SMS-lərin göndərilməsi xidmətindən 2011-ci il ərzində əldə etdiyi gəlirlər 160 min manatı ötüb.
Dövlət operatorunun qısa ismarıcların göndərilməsi üzrə xidməti 2009-cu ildə "Aztelekom" və GSM-operatorlar (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilib.
Bizlərə sadəcə bu xəbərin reallığa nə zaman çevriləcəyini gözləmək qalır.
Mənbə: https://www.xeberler.az
Yazılmış sərhlər
GENERAL_NEVESI
- 20.12.2013
yaxsi olardi amma bizde olmaz bele sey
|
aytekin
- 02.04.2012
yaxsi olardi.ela fikirdi
|
Qonaq__138593
- 28.03.2012
men bu fikri hec beyenmedim ayda allah bilir ne vaxt olar
|
Dovşan
- 09.03.2012
Super,hələ qoy sms gondermek birinci aktivleşsin sonra mms superdi amma
|
riho
- 25.02.2012
super!super!super!!!
|
undertaker
- 17.02.2012
super desem yalan olmaz
|
ulya_rzayeva
- 30.01.2012
nə yaxşı.
|
NRXP
- 25.01.2012
Super...
|
gulsen
- 21.01.2012
ela
|
afu10
- 18.01.2012
Məncə çox yaxşıdır,bundan sonra mobil telefonu ilə MMS göndərəcəyik
|
cinare
- 17.01.2012
eladiki
|
xaliq
- 15.01.2012
salam insanlar bende bura qebul oldum ben cox seviniyorum. ben sade insanim
|
Qonaq__51056
- 13.01.2012
Cox qeribedir amma yaxinda yeni tez bir vaxtda olsa ve en esasi imkan olsa alacam
|