ZE+education...

Enerji içkilərini içmək olarmı?

Web site
24.11.2014
Web site

Enerji içkilərini içmək olarmı? - 1
"Tamamilə zərərsiz, orqanizmin enerjisini və yaşam potensialını artıran! Alın, için!" Bu reklamlar tanışdırmı?! Təbii, energetik içkilərin istisnasız olaraq hamısı belə aqressiv, hətta zəhlətökən şəkildə reklam olunur.
Həqiqət isə tam əksinədir. ABŞ-da son 3 ildə yaşları 6-dan çox olmayan 2 mindən artıq uşaq energetik içkilərin orqanizmdə yaratdığı fəsadlar, o cümlədən ürək ritminin pozulması diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Professor Stiven Lipşultsun (Steven Lipshultz) dediyinə görə, "Red Bull" və ya "Monster" kimi energetik içkilər azyaşlılarda ürək ritminin pozulması, yəni aritmiya ilə yanaşı, ən müxtəlif nevroloji problemlər yaradıblar.
Məşhur professor hesab edir ki, bir banka energetik içki uşağın orqanizmini zəhərləməyə yetər.

"Energetik içki verilən uşaqlarda aritmiya, qıcolmalar, ürəkgetmələr müşahidə olunmağa başlayır. Valideynlərdən xahiş edirəm: özünüzü və uşaqlarınızı zəhərləməyin, energetik içkilər içməyin", - ABŞ-ın Detroyt şəhərindəki Miçiqan Uşaq Hospitalının (Children’s Hospital of Michigan) professoru, baş pediatr Stiven Lipşults bildirib.
Onun sözlərinə görə, "Red Bull"un 250 ml-lik bankasında 80 mq, "Monster"in 500 millilitrlik bankasında isə 160 mq kofein var. Bu isə uşaq orqanizmi üçün yolverilən limitdən dəfələrlə çoxdur.
Dünən Çikaqoda keçirilən Amerika Kardiologiya Assosiasiyasının (American Heart Association) toplantısında çıxış edərkən bildirib ki, son vaxtlar uşaqlar arsında energetik içkilərin populyarlaşması onda ciddi narahatlıq doğurur: "6 yaşadək uşaqların energetik içkilərdən zəhərlənməsi ilə bağlı Birləşmiş Ştatlardakı toksikologiya mərkəzlərinə vurulan zənglər sürətlə artır. Bu, artıq çox ciddi məsələdir. Uşaqların rasionunda belə içkilərə yer olmamalıdır".
12 yaşadək olan uşağın qəbul edə biləcəyi kofeinin sutkalıq miqdarı onun bədən çəkisinin hər kiloqramına 2,5 milliqramdan artıq olmamalıdır.
Energetik içkilərdə isə bu miqdar dəfələrlə artıqdır.
6 yaşadək uşağın orqanizmini zəhərləmək üçün sutkada 50 mq kofein yetər.
"Ümumiyyətlə, energetik içkilərin tərkibində farmasevtik kofeinlə yanaşı, təbii yolla əldə olunmuş kofein də var. Bu isə ürək-damar sistemində problemlər yaradır, qan təzyiqini aşağı salır və ya artırır, əsəb, həzm sistemlərinin fəaliyyətinə zərbə vurur", - professor S.Lipşults bildirib.(milli.az)

Mənbə: https://bizimyol.info

Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin

Yazılmış sərhlər

nermin1 - 04.12.2014
maraqli super
ay_usaq_agilli_ol - 29.11.2014
men herden icirem qesey dadi var
Qonaq__5237383 - 26.11.2014
temamile dogru
Zeppetto - 25.11.2014
Maraqlidi
Qonaq__4090635 - 24.11.2014
tamamile dogrudur

Öz şərhinizi yazın

Ugur MM
Language dom
Aslamaz - Hazirliq
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Yeni video
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Yeni video
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
Bağçalara uşaq qəbulu nə vaxt başlayacaq? Bdu səs yazisi yayilan müəllimi aqibəti bəlli oldu.
Bağçalara uşaq qəbulu nə vaxt başlayacaq? Bdu səs yazisi yayilan müəllimi aqibəti bəlli...
Universitetdə Təkrar təhsil. Nadir tarixi sərgi. Dağıstanda təhsil imkanı (UNEC)
Universitetdə Təkrar təhsil. Nadir tarixi sərgi. Dağıstanda təhsil imkanı (UNEC)
Şagirdlər qəzaya uğradı. Nazir öz fikrini bildirdi. Hansı məktəblər təmir olunur?
Şagirdlər qəzaya uğradı. Nazir öz fikrini bildirdi. Hansı məktəblər təmir olunur?
......
YesNofirst box will be shown second NOT
Bağla
Yeni video
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Yeni video
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Yeni video
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
Yeni video
Dərman bitkiləri və onların  istifadə qaydaları. Biologiya
Dərman bitkiləri və onların istifadə qaydaları. Biologiya
Yeni video
İslamın Azərbaycanda yayılması. Zərdüştlük. Ərəblərin yürüşləri.
İslamın Azərbaycanda yayılması. Zərdüştlük. Ərəblərin yürüşləri.
Yeni video
Söz birləşmələri. İkinci və üçüncü növ təyini söz birləşmələri. Azərbaycan dili
Söz birləşmələri. İkinci və üçüncü növ təyini söz birləşmələri. Azərbaycan dili

İzahlı video testlərə keç