Ən səssiz külək turbini haradadır?

Ətraf mühitin müsibət çirkləndiyi bir zamanda, alternativ enerji mənbələrinin vacibliyi get-gedə yüksəlir. Fərdi insanlar belə öz mülklərini istiliklə təchiz etmək üçün, müxtəlif qurğulardan istifadə edir. Bununla belə alternativ enerjinin elektrik enerjiyə çevirən cihazların çeşidləri müxtəlifdir. Hər birinin özünə məxsus üstünlüyü var.

Ən səssiz külək turbini haradadır? - 1

Avstraliyanın Renewable Energy Solutions Australia şirkəti Eco Whisper Turbine adlı yeni külək turbinini təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu dünyada ən səssiz külək turbinidir.

Ən səssiz külək turbini haradadır? - 2

20 KVt gücə malik olaraq, Eco Whisper Turbine-nin hündürlüyü adi üçpərli turbinlərdən iki dəfə azdır. Bundan başqa, yeni cihazın rotorunun diametri də iki dəfə azdır.

Ən səssiz külək turbini haradadır? - 3

Yeni qurğu enerji yığımını yüksəltmək üçün, öz pərlərini küləyin istiqamətinə doğru uyğunlaşdırır. Renewable Energy Solutions Australia-dan verilən xəbərə görə, optimal şəraitdə turbin il ərzində 45 min kVt enerji istehsal edə bilər. Bu modelin ilk nüsxəsi Viktoriya ştatının Djilonq şəhərində qurulmuşdur. Turbin 21,1 m hündürlüyə malik olaraq, rotorunun diametri 6,5 m təşkil edir. Turbin 220 km/saat sürətlə əsən küləklərə davam gətirməyə malikdir, deyə Gizmag xəbər verir.

Ən səssiz külək turbini haradadır? - 4

Bu turbinlərin qiyməti haqqında məlumat yoxdur. Amma ümidvarıq ki, "küləklər şəhəri"-nin ətraf sahələrində bunlardan quraşdırılacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......