Ən nəhəng çənə hərraca çıxarılacaq



İyun ayının 21-də Dallasda Heritage hərracında dünyada ən böyük köpək balığının çənəsi satılacaq. Onun ilkin qiyməti 625 min dollar təyin edilib. Təşkilatçılar ümid edir ki, bu qiymət 700 min dollara qədər yüksələcək. Çənənin eni - 3,4 m, hündürlüyü isə - 2,7 m-dir. Çənədə 182 diş var. Bu eksponat 2 milyon il əvvəl yaşamış Carcharocles megalodon növünə aid olan köpək balığına məxsusdur. Həmin balığın uzunluğu təxminən 18 metr olub.

Çənə 15 il əvvəl nadir tapıntılar ovçusu Vito Bertuçu tərəfindən yaradılıb. Müəllif material olaraq şüşə-lifdən istifadə edib. Eksponatı yaradan zaman Vito müasir köpək balıqlarının çənəsinin quruluşunu nəzərə alıb. Bu qədim balığın nə qədər təhlükəli olduğunu təsəvvür etmək üçün dişlərin uzunluğunun 18 sm olduğunu nəzərə almaq kifayətdir.

Tərcümə etdi: Admin
Mənbə: https://zhelezyaka.com
Yazılmış sərhlər
sirvanliyam
- 27.03.2014
allah agilsiz adama pul agilli adama ise cansagligi verir
|
hesenli_fatime
- 20.10.2013
camaat bilmir uje neynesin hamisi bekarciliqdandi
|
gulka7
- 29.10.2012
maraqlidir heyif o qeder puldan :)
|
qileli
- 27.10.2012
menim basim cixmir bu ceneni niye alirlarki onlarin neyine lazimdir
|
genc_tarixci
- 26.02.2012
ozde wuwedendiye onu alan delidi
|
venerka
- 31.12.2011
ehhh onu alanin agli yoxdur
|