Ən hündür heykəl haqqında nə bilirsiniz?



Hər ölkənin özünəməxsus tarixi abidələri var. Bu abidələr yerləşdiyi məkanda yaşamış xalqlar haqqında çoxlu məlumat verir. Dövrdən asılı olaraq xalqlar öz qəhrəmanlarına heykəllər qoyurlar. Heykəllərin görünüşü onu yaradan heykəltəraşdan və hal-hazırda mövcud olan ideoloji şəraitdən asılıdır. Amma bunların içində digərlərindən tamamilə fərqlənən heykəllər də var. Belə bir sual yaranır: dünyada ən hündür heykəl haradadır?
Dünyada ən hündür heykəl Çinin Xenan əyalətində olan Buddanın heykəlidir. Heykəl 2002-ci ildə yaradılmışdır və adı Spring Temple Buddha-dır. Onun hündürlüyü 128 m, pyedestalla birlikdə isə – 153 m-dir. Layihənin qiyməti 55 milyon dollar təşkil edib. Heykəl ümumi çəkisi 1000 ton olan 1,1 min mis hissədən ibarətdir. Heykəlin adını yaxınlıqda yerləşən isti su mənbəyinin adına uyğun veriblər.

Müqayisə üçün onu da qeyd edək ki, Moskvada yerləşən Zurab Seretelinin yaratdığı I Pyotrun heykəlininhündürlüyü 98 m-dir.

Dünyanın 10 ən hündür heykəlinin siyahısını təqdim edirik
1 Spring Temple Buddha, 128m, Henan, Çin (2002)
2 Laykyun Setkyar, 116m, Sagaing əyaləti, Birma (2008)
3 Ushiku Daibutsu, 110m, İbaraki, Yaponiya (1993)
4 Nanshan Haishang Guanyin, 108m, Hainan, Çin (2005)
5 Emperors Yan and Huang, 106m, Henan, Çin (2007)
6 Sendai Daikannon, 100m, Miyagi Prefecture, Yaponiya (1980-ci illərdə)
7 Peter the Great, 96m, Moskva, Rusiya (1997)
8 Great Buddha, 92m, Ang Thong, Tayland (2008)
9 Lingshan Grand Buddha, 88m, Jiangsu əyaləti, Çin (1996)
10 Dai Kannon of Kita no Miyako park, 88m, Hokkaido, Yaponiya (1989)
Tərcümə etdi: Admin
Mənbə: https://zhelezyaka.com
Yazılmış sərhlər
Qonaq__4260768
- 14.12.2014
Cox gozeldir
|
Qonaq__65775
- 10.08.2013
çox maraqlı məlumatdı oxumaqa dəyər
|
Dx3
- 15.09.2012
Size çox minnetdaram.Teşekkür edirem ki bizi bele gözəl məlumatlar ilə zənginləşdirirsiniz.Hər şey nə qədər çox olsa bir o qədər ucuzlaşır.Lakin elm ele gözel bir şeydir ki çoxaldiqca daha da qiymətli olur.Sizden xahiş edərdim ki bele məlumatları daha da çox yazasınız.TEŞEKKÜRLƏR
|
Qonaq_375655
- 13.09.2012
bele maraqli xebere gore size tesekkurler,shagird.az sayti
|
buz
- 27.02.2012
mene ele geliurki bu peter the great 96m moskva
|
Qonaq_918190
- 14.02.2012
Eladir ora getmisem
|
Tomris
- 29.12.2011
xəbərə görə təşəkkürlər.maraqlı idi
|
Qonaq
- 11.11.2011
cox maraqli melumatdi
|
ferishka
- 10.10.2011
Melumata gore tewekkurler,dunyanin en qeyri adi heykelleri haqqinda melumat da hazirlasaniz cox memnun olardim:)
|
Shehla
- 09.10.2011
Cox maraqli melumatdi.
|