..........

Elektron poçt və @ işarəsi

Elektron poçt və @ işarəsi - 1
Qısa olaraq "E-poçt" deyilən Elektron poçt kompüter vasitəsilə digər İnternet istifadəçilərinə mesaj göndərmə vasitəsidir. Əlaqə saxlamaq üçün çox yaxşı üsuldur. Yazdığınız məktubu hətta ən uzaq bir ölkəyə belə bir neçə dəqiqəyə, hətta saniyəyə göndərə bilirsiniz. Həm də beynəlxalq telefon danışıqları kimi bahalı deyil.
İnternetin həyatımıza girməsi ilə ən çox istifadə etdiyimiz işarə "əd @" işarəsi oldu. Sadə istifadəçilər, şirkətlər, məşhur adamlar, siyasətçilər, bir sözlə hər kəs bir elektron poçt ünvanı açıb adının arxasına "@" işarəsi əlavə elədi. Bu işarə müasirliyin, sürətin, internet istifadəçisi olmağın simvoluna çevrildi. Bəs bizim İngilis dilindən tərcümə edib "əd işarəsi" adlandırdığımız bu simvolun təxminən 500 illik tarixi olduğunu bilirsinizmi?
Elektron poçt və @ işarəsi - 2
Bu işarəni ilk dəfə 1971-ci ildə Rey Tomlinson istifadə edib. Kompüter mühəndisi Tomlinson özü-özünə göndərdiyi elektron məktubu qısa ifadə etmək üçün "@" işarəsini seçmişdi. Bəs niyə "@"?

Elektron poçt və @ işarəsi - 3
"Heç kimin adında istifadə olunmayan və qarışıqlıq yaratmayacaq bir işarə axtardım və bu işarəni seçdim" deyən Tomlinson "@" işarəsini seçmə səbəbini belə açıqlamışdı. Bəzi dilçilər bu işarəyə ilk dəfə orta əsrlərdə keşişlərin yazdığı əlyazma kitablarda rast gəlindiyini iddia edirlər. Keşişlər bu işarəni "içində", "tərəfində", "yanında" mənasını verən "at" Latın kəlməsini bildirmək üçün istifadə edirdilər.
Digər bir qrup dilçi alimlərin fikrincə bu işarə XVIII əsrdə ticarətdə istifadə olunub. "5 alma @ 10 penni" deyiləndə 5 dənə almanın 10 penniyə satıldığı bildirilirdi.
Müasir dövrdə "@" işarəsinin ən böyük problemi bu işarənin oxunuşu ilə bağlıdır. Artıq beynəlxalq işarə olmuş "@" işarəsinin ortaq bir adı yoxdur. Bu işarəyə portuqaliyalılar "arroba", fransızlar "arrobase", amerikalılar və ingilislər "at-sign" deyirlər. Azərbaycan dilində də ingilis dilində olduğu kimi "əd işarəsi" deyilir.
"a" hərfinin quyruğu qatlanmış forması olan bu işarə bəzi ölkələrdə müxtəlif heyvanlara oxşadılır. Almanlar, hollandlar, macarlar və cənubi afrikalılar bu işarəni meymun quyruğuna, fransızlar ilbizə, danimarkalılar fil xortumuna, çinlilər siçan balasına, finlər də qıvrılıb yatmış pişiyə bənzədirlər.
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__273623

gozeldi

Qonaq__78628

Maraqlı ixtiradır.

Qonaq__577824

begendim

Qonaq__1107071

xoşa gelendi.

Qonaq__1270586

Maraqlidir

Qonaq__1920314

Maraqliydi

Qonaq__2133622

muellim eve haqqinda melumat vermisdi burdan goturdum

Qonaq__2180906

ela! ela! ela!

Qonaq__2291693

gozel

Qonaq__3783719

suber seper ve men ozume fecoobok acmaq istiyirem

Qonaq__3791147

Odnaklastik

Qonaq__10881706

ela ixtira kimi goturmek olar

Qonaq__13513596

COOX GOZELDIR

Qonaq__13118975

Bu haqqda az da olsa melumatim var idi. Cox sagolun

Qonaq__15254859

cox gozel ixtiradi ama aca bilene

Qonaq__16174325

cok sag olun

Qonaq__16399027

beli gözeldi

Qonaq__16919856

normal

Qonaq__18075794

MEN BEYENDIM BU SAYTI YARADAN SEXS VE YA SEKSLERE TESEKKUR EDIREM

Qonaq__19069592

cox gozel yaradilmiw bir weydi amma men aca bilmedim

Qonaq__21475617

elekton unvanım olsaydı

Qonaq__24180534

Əla

Qonaq__25221513

begendim

Qonaq__24597155

Elektron mektub nece yazilir

Qonaq__27565435

oooooooooo

Səhr yaz