Elektrik vertolyot havaya qalxdı


Elektrik cihazların geniş istifadə miqyası və elektrik enerjisinin asan üsullarla istehsalı daha da yaradıcı fikirlərin yaranmasına gətirib çıxarır. Demək olar ki, hər bir maşın istehsalçısı öz elektrik avtomobilini yaradıb. Amma elektrik vertolyotu...........

Gizmag-ın yazdığına görə, fransalı mühəndis Paskal Kreten tamamilə elektriklə işləyən vertolyot yaradıb və onun hava qalxmasına nail olub. Sınaq uçuşu zamanı yeni ixtira 1 metr hündürlükdə 2 dəqiqə 10 saniyə havada asılı vəziyyətdə durmaqla yeni dünya rekordu vurub.

Elektrik vertolyot yüngül alüminium çərçivəsindən ibarətdir. Pərlərin fırladılması sabit cərəyan mühərriki tərəfindən təmin olunur. Mühərriki 160 Vt•s/kq enerji sıxlığı olan litium-polimer akkumulyatoru qidalandırır.

İxtiraçı uçuşun müddətini 12 dəqiqəyə və uçuş hündürlüyünü 4 metrə qədər çoxaltmaq fikrindədir.


Öz tələfimizdən ona sadəcə uğurlar və yeni nailiyyətlər arzu edə bilərik.
Tərcümə etdi: Admin
Mənbə: https://zhelezyaka.com
Yazılmış sərhlər
ulka8383
- 30.09.2012
heeeee
|
adada
- 01.11.2011
Bu alət yayılsa yaxşı olar.
|