Sizin hazırki nikiniz (ləğəbiniz)

Düyü yemek təhlükəli oldu

Web site
04.09.2015
Web site
118

Düyü yemek təhlükəli oldu - 1
Şərq mətbəxində süfrələrin şahı hesab edilən düyünün tərkibində arsen kimyəvi elementi aşkarlanıb. Bu da bilavasitə insan sağlamlığına ciddi təhlükə törədir. SİA-nınxarici mətbuata istinadən məlumatına görə, belə bir xəbərdarlıqla risklərin tədqiqatı üzrə Almaniya Federal İnstitutu çıxış edib. İnstitutun araşdırmasına görə, düyü məhsullarında zərərli arsen kimyəvi elementı və mineral yağlar mövcuddur. Bu isə böyüklər üçün qismən, körpə və azyaşlı uşaqların sağlamlığı üçün isə həddən ziyadə təhlükəlidir.
Məlum olub ki, azyaşlı uşaqların inkişafında əsas rol oynayan düyü məhsullarının tərkibində düyü toxumunun özündən daha çox zəhərli maddələr yer alır. Zəhərlənmə qıc olma, qarın işləməsi yaratmaqla yanaşı, əsəb və qan-damar sisteminə də mənfi təsir göstərir.
Tədqiqatın nəticəsinə görə, arsen elementi təmiz halda və yüksək qatılıqda zəhərlidir. Misəridən zavodlar, daş kömürlə işləyən elektrik stansiyaları ətraf mühiti arsenlə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bitkilərdə onun miqdarı artır. Bu isə öz növbəsində südün, ətin və meyvə-tərəvəzin arsenlə çirklənməsinə səbəb olur.
Bir sıra Asiya dövlətlərində düyü zəhərli qrunt suları ilə suvarılır. Ekoloji test göstərir ki, Çin və Banqladeş istehsalı olan düyü və düyü məhsulları insan orqanizmi üçün çox təhlükəlidir. Misir və Hindistan kimi ölkələrdən idxal edilən məhsullar isə qənaətbəxş hesab edilir.
İstənilən halda, düyü soyuq su ilə yaxşı yuyulmalı və bol suda qaynadılmalıdır.

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__10796900 - 05.09.2015
niye menim qizim ele duyu xosduyur

Öz şərhinizi yazın

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<