Sizin hazırki nikiniz (ləğəbiniz)

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Alimlər xüsusən okeanlarda olan və dəniz suyuna parlaq mavi bir görüntü verən mikroskopik bitkilərin saçdığı bioloji işığın (biyolüminesans) necə yarandığını kəşf ediblər.
Lent.az-ın "National Geographic" nəşrinə istinadən verdiyi məlumata görə, fitoplankton adlanan bu mikroskopik bitkilərin, xüsusən bu bitkilərin dinoflagella adlanan növlərinin bioloji işıq saçdığı daha öncə məlum olub, ancaq bu işığın necə yarandığı sirr olaraq qalıb.

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Harvard Universitetinin professoru Voodland Hastingsin rəhbərlik etdiyi qrup dinoflagellaların hüceyrəsində xüsusi bir kanalın elektrik siqnallarına reaksiya verdiyini üzə çıxarıb. Məhz dinoflagellaların hüceyrələrindəki bu kanallar bioloji işıq saçma mexanizmini təşkil edir. Bu kanallardan yalnız protonlar keçir. Araşdırma qrupunun üzvü elektrofizioloq Thomas DeCoursey "National Geographic" nəşrinə açıqlamasında deyib ki, yeni kəşf edilən həmin kanallar işıldamaya şərait yaradır: "Dinoflagellalardakı kanalların yerinə insan, siçan, yaxud başqa canlıların hüceyrələrindəki kanalları alıb qoysaq, bu halda işıq ortaya çıxmazdı. Sudakı hərəkət dinoflagellaların protonla zəngin orqanizmlərinə elektrik siqnalları göndərir. Bu elektrik siqnalları dinoflagellaların hüceyrələrindəki proton kanallarını açır, bir sıra kimyəvi proseslərə təkan verir. Bu da neon mavisi işıq buraxan lusiferaz proteinini hərəkətə keçirir".

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

nurka535 - 17.04.2014
Coxsaqolun
kanatsız_mələk - 10.04.2014
çox maraqlıdır.təşəkürler.
aska2002_2014 - 24.03.2014
bu insani valeh eden goellikdir.ancaq mence yalniz axsam oldugu zaman gormek mumkundur
lokas - 24.03.2014
yaxsidi.belede
sagirdikaz - 08.09.2013
cox maraqlidir.ama men onu bilmek isteyiremki goresen o isiq her zaman gorunur?
Qonaq__66894 - 12.08.2013
BU BAREDE BİLMİRDİM.MARAQLİDİR.
sahib28622 - 13.11.2012
Mocuze
suarez - 12.11.2012
Cox guzel. Indi bildim
riton - 12.11.2012
ou maraqlidir
qonaq_897665 - 03.11.2012
BU GOZELLIYIN QIYMETINI BILMEK GEREKDIR
Qonaq__137918 - 20.08.2012
heyran qaldim
Yahya - 28.07.2012
maraqlidi/tesekkurler
men_elmem - 29.06.2012
cox boyuk bir gozellikdi
messi2000 - 06.06.2012
heçnə başa duşməsəmdə sağolun
e25 - 30.05.2012
menim fikirimce denizin gozelliyini artirir
ipek_aisha - 22.05.2012
maraqlidir
ipek_aisha - 22.05.2012
it is very interesting maraqlidir
NERMIN2001 - 20.05.2012
maraqlidir.mence bu ay cixandan sonra bele ola biler
gelin_oxuyaq - 16.05.2012
cox maraqli ixtiradi
Qonaq__293370 - 14.05.2012
cox sagolun :*
pap - 14.05.2012
cox sagolun
desire - 13.05.2012
GORMEK ISTERDIM.TEZLIKLE YAY GELSEYDI DENIZE GEDERDIK.
Qonaq__311418 - 11.05.2012
zennimce bunu yalniz axsham gormek olur..yegin ayin ishigini eks etdirir bu canlilar)
ottava25 - 10.05.2012
cox sagolun

Öz şərhinizi yazın