Çay haqqında maraqlı 10 fakt

Çay haqqında maraqlı 10 fakt - 1

1. Yaşıl və qara çayların bütün növləri "Camelia Sinensis" bitkisindən hazırlanır.

2. Çay sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Həmçinin tövsiyə olunur ki, dəmir və yaxud şüşə qablarda saxlanılsın. Çayın bir ildən artıq saxlanması məqsədə uyğun hesab edilmir. Belə ki, çay yarpaqları bu müddət ərzində ətirini və keyfiyyətini itirmiş olur.
3. Milli.Az deyerler.org istinadən bildirir ki, bir fincan çayın tərkibində bir fincan kofedən iki dəfə az kofein var. Çay dəmləyərkən ondan 80% kofeini xaric etmək olar. Belə ki, quru çayın üzərinə bir miqdar qaynar su tökdükdən sonra 30 saniyə gözləyərək həmin suyu atırsınız və yenidən çayın üzərinə qaynar su əlavə edildikdən sonra 5 dəqiqə müddətinə dəmə qoymaq lazımdır.

4. Tez-tez rast gələn məlumatlardan biri budur ki, ilk dəfə 5 min il əvvəl çay yarpaqlarını suya əlavə etdikdə gümrahedici xüsusiyyətə malik olduğunu öyrənən Çin imperatoru Şen Nunq içib. Lakin bunu təsdiq edəcək tarixi faktlara rast gəlinmir. Beləliklə, ilk dəfə çay haqqında eramızın 4-cü əsrində qeydlər var. Bəzi tarixçilər çayın şərqi Asiyada yüz illər qabaq içildiyini təsdiq edirlər. O zamanlar çay tibbi məqsədlə qurudulmuş vəziyyətdə istifadə edilirdi. Çayın dəmlənməsi isə 14-17-ci əsrlərdə Minq dinastiyası dövrünə təsadüf edir. Müasir çay dəmləmə anlayışının 700 il tarixə malik olduğu təxmin edilir.

5. Kiçik çay paketlərini kim ixtira edib? İnsanlar arasında belə bir əhvalat gəzir ki, Nyu Yorklu tacir Tomas Salivan çayın dəmir qutularda daşınmasının baha başa gəldiyini görüb onun kağız qutularda daşınması fikrinə düşüb. Beləliklə 1904-cü ildən o, çayı kağız qutularda satmağa başlayıb. Müştərilərdən birinin əlindən kağız qutudakı çay suya düşür və çayın bu yolla heç də pis dəmlənmədiyini görür. Maraqlı əhvalat olsada, fakt budur ki, kiçik çay paketlərinin patentləşməsi 1903-cü ilə təsadüf edir. Və bir çox çaysevərlərin fikrincə, paketlərdə dəmlənən çayın dadı və tamı dəyişir və lazımi səviyyədə olmur.

6. 18-ci əsrə qədər Avropada elə bilirdilər ki, yaşıl və qara çay müxtəlif bitkilərdən hazırlanır. Belə ki, çinli istehsalçılar bunu məxfi saxlayırdılar. Çay kolları və çayın hazırlanma resepti Avropaya Çindən 19-cu əsrin əvvəllərindən gətirilməyə başlandı. Bundan bir az sonra ingilislər Hindistanda yabanı çayın bitdiyini aşkar edirlər. Həmin çay kolları "Camelia Sinensis" adı alır.

7. Çay 5 mərhələdə hazırlanır.

Çay kolunun üst yarpaqları və çiçəkləri əllə yığılır.

Qoparılan yarpaqlar bir gün ərzində qurudulmağa qoyulur.

Daha sonra yarpaqlara xüsusi ətir qatmaq üçün dəmir silindirlər arasından keçirilir.

Ətirləndirilən çay yarpaqları oksidləşdirilmə üçün açıq havada saxlanılır.

"Oksidləşdirilən" yarpaqlar bu prosesin dayandırlıması və yarpaqların tərkibində olan nəmliyin aradan qaldırılması üçün qızıdırılır.

8. Yaşıl və qara çayın hazırlanmasının fərqini bilirsinizmi? Yaşıl çay oksidləşdirilmədən öncə fermentlərin xaric edilməsi üçün buxarla işlənilir. Bu həmin fermentlər qara çayın oksidləşdiriməsi nəticəsində ona qara rəngi və öyrəşdiyimiz çay dadını vermiş olurlar. Çay yarpaqlarının 75%-indən qara, qalan 25%-indən isə yaşıl çay hazırlanır.

9. Çay əsasən 5 ölkədə yetişdirilir: Çində (təxminən yaşıl çayın 80%-i), Hindistanda (əsasən qara çay), Şri Lanka (çox vaxt Seylon adlandırılıan çay və lipton çayının vətəni), Yaponiya (müxtəlif ekzotik çaylar) və Tayvan (yaşıl çayın müxtəlif növləri).

10. Çayın tərkibi antioksidantlarla zəngindir. Qədərində çay içmək immun sistemini möhkəmlədir. Xərçəng və ürək çatışmazlığı xəstəliklərin qarşısının alınmasına kömək edir.
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15823585

YAXSI DEYIL AXI HEM DE YAXSIDIR


NEBILIM EY SIZDE MEN NE BILIMMM

Qonaq__15464355

Çox sag olun melumatinza gore, tesekkurler

Qonaq__14847538

superdir

Səhr yaz

......