Bunlarla yaddaş zəifliyinə son qoyun


Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur. Gün keçdikcə də unutqanlıqdan şikayətlənən insanların sayı artmağa başlayır.
Tez-tez evin başqa bir otağına gedib, “mən bura niyə gəlmişdim?” və ya şkafı açıb “mən buradan nə götürməliydim?” deyirsinizsə, demək artıq unutqanlıqla baş-başasınız. Mütəxəssislər unutqanlığı aradan qaldırmaq üçün düzgün qidalanmanı məsləhət görür. Unutqanlıq problemi ilə qarşı-qarşıya qalanlar üçün məsləhət görülən 8 qida haqqında məlumat veririk.
1. İki gün balıq yeyin: Omega 3 yağ turşuları ilə zəngin qidalanmaq yaddaşsızlıq riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 gün balıq yemək şərtdir.
2. Üç ədəd qoz: Qoz omeqa 3 yağ turşusu baxımından ən zəngin qidalardan biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz yeyin.
3. Bir ovuc kişmiş: Xüsusilə quru üzüm zehni qüvvətləndirir. Unutqanlığı məğlub etmək üçün hər gün bir ovuc yeyin.
4. Moruq: Gümrahlıq verir, zehni yorğunluğu aradan qaldırıcı gücə malikdir.
5. Kərəviz: Sinir yorğunluğunu və unutqanlığı aradan qaldırır.
6. Tünd şokolad: Kakao və tərkibindəki flavonlar səbəbindən beyindəki qan axımını sürətləndirir.
7. Ciyər: Beyin və sinir hüceyrələrini inkişaf etdirir. Yaddaşsızlıq və unutqanlıq xəstəliyinə qarşı təsirlidir.
8. Qərənfil çayı: Qərənfil adi çay kimi dəmlənib içildikdə yaddaşı gücləndirir, zehni canlandırıb unutqanlığın qarşısını alır.
Aile.lent.az
Mənbə: https://saglamolun.az
Yazılmış sərhlər
Qonaq__26402712
- 11.05.2017
etmeye calisacam
|
Qonaq__21885038
- 30.10.2016
elaaaaaaa
|
ehli_beyt
- 07.08.2016
Qərənfil çayını 1ci dəfə eşitdim.Bunlara hər kəs riayət edə bilməz
|
Qonaq__19401086
- 31.07.2016
yadas zeyifliyine neler son qoyulur
|
Qonaq__19208551
- 23.07.2016
cox gozel melumatlardir tessekkur ediram cox sagolun
|
Qonaq__18419325
- 06.07.2016
beli mende tez tez yaddas problemi yaranir neyise goturmeye gedirem yadimnan cixir bilimirem niye deyirler ki axlin basqa yerdedi amma yox unuduram bunu belke etsem duzeler
|
Qonaq__18517302
- 02.07.2016
Maşalllah. Yadaşım eladı. Dersi bi de fe oxumaqla yadımda saxlayıram.
|
Qonaq__18708224
- 28.06.2016
men imtahana gedende testi gorene heyecanlaniram nec e aylardi hazirlasdigim imtanlara zeif cavab yaziram arada mene ele gelirki hec ne bilmirem stresler icinde oluram mene ne tovsiye edirsiniz
|
Qonaq__18684213
- 27.06.2016
Meslehetiniz üçün təşəkkürlər
|
Qonaq__18669023
- 25.06.2016
elaaaaa ede bilsey ederiy
|
Qonaq__18660389
- 25.06.2016
naftalan
|
Qonaq__18523998
- 22.06.2016
bunlarin yarisini ewdmiwdim
|