Bu smartfonu siz sabunla yuya da biləcəksiniz...



Yaponiyanın «Kyocera» şirkətinin hazırladığı «Digno Rafre» adlı smartfonun əsas özəlliyi odur ki, bu qurğunu sabunla yumaq olar.
«ICTnews.az» elektron xəbər xidməti «lenta.ru» resursuna istinadən yazır ki, istehsalçıların sözlərinə görə, sözügedən qurğu ən müxtəlif vəziyyətlərdə istifadə üçün nəzərdə tutulub. «Kyocera» şirkətinin nümayəndəsi deyib ki, cihazın sensor ekranı hətta isladılmış halda işləyir. Smartfonun korpusu cızıqlara qarşı dayanıqlıdır.
Qurğu «Android 5.1» mobil əməliyyat sistemi ilə işləyir, 1280x720 piksel təsvir ölçülü 5 düymlük diaqonala malik displey və 13 meqapiksellik kamera ilə təchiz olunub. Daxili akkumulyator batareyasının tutumu 3000 milliamper/saat gücündədir.
Smartfon dekabrın 11-də Yaponiyada satışa çıxarılacaq və dəyəri təxminən 460 ABŞ dolları təşkil edəcək.
Emil Hüseynov
Mənbə: https://www.ictnews.az
Yazılmış sərhlər
Qonaq__13273645
- 27.12.2015
Superrr
|
Qonaq__15374129
- 25.12.2015
mence bu da cooxx yaxwi bir ideadir
cunki bezen boyuklerin telefonu uwaqlarin elinde olur bir de gorursen ki,uwaq aparib telefonu kranti acib suyun altinda yuyur ve yaxud da k, stolun ustu su olanda adam bilmir da birden qefil telefonu qoyur stolun ustune ona gore de yawidir |
Qonaq__14031309
- 24.12.2015
salakca
|
Qonaq__13513649
- 20.12.2015
onceden bu programi yaradana tessekur edirem.Siz bu progi yaratmaqla sagirdlerin yeni bizim oxumagimizi isteyirsiniz.INSALLAH bizde sizin zehmetinizi yerde qoymariq. Siz merhemetli insanlarsiniz. BIR daha TESEKKURLER
|
Qonaq__15266136
- 20.12.2015
Elaaa)))))
|
Qonaq__15249354
- 19.12.2015
super
|
Qonaq__15236647
- 18.12.2015
o nece olur ki?
|
Qonaq__15170058
- 17.12.2015
ooo
|
Qonaq__13866471
- 13.12.2015
eladi ki!
|
Qonaq__15117624
- 12.12.2015
ooooooooooooooo heri yaponiya
|
Qonaq__14512064
- 12.12.2015
cok sacma :(
|
Qonaq__14251288
- 11.12.2015
ela
|
Qonaq__15078859
- 10.12.2015
Cox pis
|