Bu ixtira qızılı su qiymətinə salacaq


İsrailin Texnion Universitetinin tədqiqatçıları tarixdə ilk dəfə laboratoriya şəraitində süni qızıl yaratmağa nail olublar. «Jerusalem Post» qəzetində dərc edilmiş materiala əsasən, professor Boazanın rəhbərliyi altında işləyən mühəndislik fakültəsinin aspirantı Mariya Koyfman-Kristosof tərəfindən kəşf edilib. Alimlər süni qızılın əldə edilməsi prosesinin təfərrüatlarını «Nature Communications» jurnalında dərc ediblər.
«ICTnews.az» Elektron Xəbər Xidməti «hi-news.ru» saytına istinadən yazır ki, Texnion İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı ali məktəblərindən biridir. 1924-cü ildə açılıb. Ötən əsrin 80-ci illərində məhz bu təhsil ocağında optik lif ixtira edilib, kvazikristallar kəşf edilib, həmçinin universitetin əməkdaşları kimya elminin inkişafına böyük töhfə veriblər.
Mariya Koyfman-Kristosof bildirib ki, əldə olunmuş süni qızıl təbii qızılla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, süni qızıl yüksək mexaniki möhkəmliyə, yüksək temperatura qarşı dayanıqlığa, həmçinin yüksək elektrik və istilik keçiricilik qabiliyyətinə malikdir.
Emil Hüseynov
Mənbə: https://www.ictnews.az
Yazılmış sərhlər
Qonaq__13275491
- 21.12.2015
Bu qızıl necə hazırlanıb?
|
Qonaq__15117093
- 17.12.2015
yenə yəhudilər.
|
Qonaq__15182719
- 16.12.2015
nece hazirlandigi da yazilmali idi
|
Qonaq__15125424
- 13.12.2015
maraqlidi goresen dogurdandir yoxsa ele bele
|
Qonaq__14964992
- 05.12.2015
Əgər əsaslı bir fərqi yoxdursa, ona nahaq yerə süni adı veriblər. Eləcə qızıl ucuzlaşdı deyərdilər. Camaat alıb doyardılar da.. (zarafat)
|
Qonaq__14950551
- 04.12.2015
vauuuuuuuuuuuu nasil
|
Qonaq__14919733
- 03.12.2015
əgər ekoloji təmiz alınırsa niyə də olmasın. hərcənd ki,yer kürəsi yataqlar yaradıb.
|
Qonaq__14342078
- 29.11.2015
aferin bir bu qalmiwdi buda oldu
|
Qonaq__14832110
- 28.11.2015
Baki
|
Qonaq__14832011
- 28.11.2015
bele olsa yaxsi olar
|
Qonaq__12955398
- 27.11.2015
Satışa buraxılma tarixi barədə məlumat veriləcəkmi?
|
Aytac
- 27.11.2015
Neqeder olmasa menim fikrimce tebii qizildan catiwmayan xususiyetleride vardir
|
Qonaq__14801826
- 26.11.2015
axırki hər şeyi süniləşdirirlər
|