Bu insan kalkulyator əvəzidir



Orta məktəbdə oxuyan şagirdlər üçün ikirəqəmli ədədlərin kvadratını şifahi hesablamaq müəyyən mənada uğur kimi qəbul edilir. Hindistanda isə bir gənc qız öz riyazi hesablama bacarığı ilə hətta professorlarını geridə qoyub. Bhavanai Konduru adlı tələbə 21 rəqəmli ədədin kvadratını qısa zamanda hesablamaqla dünya rekordu vurub.
Adi halda 3 rəqəmli ədədlərin kvadratının hesablanmasını izah etmək belə yarım saat vaxt aparır. Bhavani isə 21 rəqəmli ədədin kvadratını cəmi 4 dəqiqə 48 saniyədə hesablaya bilib. O bütün vurma əməlini beynində, hesablayıcıların köməyi olmadan aparıb. Halbuki müxtəlif hesablama maşınlarında belə bu qədər çox rəqəmli ədədin kvadratını hesablamaq mümkün olmur.
Apardığı hesablamanın nəticəsini vərəqə yazan Bhavaninin hesablamanı düzgün aparması daha sonra riyaziyyatçılar tərəfindən də təsdiqlənib. Bu göstərici ilə dünya rekordu vuran hindli qızın bacarığı ölkədə geniş müzakirə olunub.
Mənbə: https://news.atv.az
Yazılmış sərhlər
Qonaq__17375703
- 23.05.2016
Bundan elasi ola bilmez
|
Qonaq__13394183
- 01.10.2015
Super
|
Qonaq__13350424
- 27.09.2015
eladir
|