Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu duşla suya qənaət edəcəksiniz

Bu duşla suya qənaət edəcəksiniz
 
Fransa alimləri su sərfini 25 faiz azaltmağa imkan verən duş sistemi işləyib hazırlayıblar. Gözlənildiyinə görə, duş bu ilin fevral-mart aylarında satışa çıxarılacaq. Yenilik Las-Veqasda “Consumer Tecnology Association” (CES) cəmiyyətinin konfransında nümayiş etdirilib.
Bu duşla suya qənaət edəcəksiniz

“Hydrao Smart Shower” adlandırılan “ağıllı” duş Fransanın “Start&Blue” şirkətinin məhsuludur. İşıq-diod indikatorların rəngi su işləndikcə dəyişir. Su sərfi 50 litrə çatanda isə qırmızı işıq yanır və proseduru bitirmək vaxtının çatması barədə xəbərdarlıq edir. Şirkətin məlumatına görə, təqribən min ədəd birinci nəsil “Hydrao” duş sistemi satılıb. Bu sistem su sərfini 25 faiz azaltmağa imkan verib. Su sərfini iOS və Android platformalarındakı əlavələrin köməyi ilə də izləmək mümkün olacaq.

Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, “ağıllı” duşun pərakəndə satış qiyməti 99 dollar olacaq.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__17221146 - 11.04.2016
yamand yaxsi olar o qeder qozel seyler qala qala bunu qetirmezle mence bizimkiler bir birinin ayaqinin altini qazmaqla mesquldur
Qonaq__17075651 - 23.03.2016
cox yaxsi.bele seyleri bizim olkeye getirseler ela olar.

Öz şərhinizi yazın

Bağla