Belorusdakı internet və həbs olmaq təhlükəsi



Belorusda xarici saytlara giriş qadağan olundu. Yanvarın 6-da Belorusda ölkə vətəndaşlarının internetdən istifadəsini məhdudlaşdıran qanun qüvvəyə minib.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, qanun pozuntusu inzibati pozuntular haqqında Məcəlləyə uyğun cəzalandırılacaq.

Qanuna görə, internetdən istifadə etməklə ticarətlə məşğul olan, müxtəlif işlər görən şirkətlər, fərdi şəxslər milli domenə malik saytlardan istifadə etməlidirlər. Buna görə də beloruslar "Amazon" və "eBay" kimi xarici internet-mağazalardan mallar ala bilməyəcəklər. Beləliklə, yanvarın 6-dan Belorusda bütün virtual əməliyyatlar yerli resurslar vasitəsi ilə həyata keçiriləcək, bu, vergi və xüsusi xidmət orqanlarının nəzarətində olacaq.

Xarici saytlardan istifadə edənlər 120 dollar məbləğində cərimələnəcəklər.
Tərcümə etdi: Admin
Mənbə: https://www.xeberler.az
Yazılmış sərhlər
Qonaq__361840
- 27.06.2012
cox yaxsi
|
ibrahim575
- 26.03.2012
Allah onlara sebr versin :)
|
RÖYA
- 15.03.2012
orda insan yasamaz
|
Mesishka
- 22.02.2012
Mende olerem bele wey olsa:)
|
Cinderella
- 08.02.2012
mence sehv edibler.. bu qanun azerbaycanda olsa men olerem :(
|
mam
- 29.01.2012
maraqlidir
|
yildiz_masali
- 17.01.2012
suoer
|