Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar” - 1

Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər. Bunu Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib.

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar” - 2

Onun sözlərinə görə, filtrasiyalı internetdən "Elektron məktəb" layihəsinin iştirakçısı olan orta məktəblərdə təhsil alan və netbuklarla təmin edilmiş şagirdlər istifadə edəcəklər.
Məmmədov deyib ki, netbuklar "Elektron məktəb" layihəsi rəhbərliyinin qərarı ilə seçilmiş siniflərin şagirdlərinə paylanılıb. 2010-2011-ci illərdə şagirdlərə 2000-dən artıq netbuk verilib.

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar” - 3

Nazirlik yaxın bir ay ərzində netbukları olan bu şagirdlərə internetdən pulsuz istifadə üçün xüsusi flaş kartlar da verəcək. Bu kartlar "Azedunet" və "SAZZ" şirkətləri tərəfindən şagirdlərin valideynlərə pulsuz paylanılacaq.
İdarə rəisinin sözlərinə görə, şagirdlər evdə yalnız filtrasiya sistemli internetdən istifadə edəcəklər.
O əlavə edib ki, hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir.
"Hazırda şagirdləri təhlükəsiz internetlə təmin edirik. Bu işi getdikcə gücləndiririk. Çalışırıq ki, təhsil müəssisələrimizdə olan internet tam təhlükəsiz olsun", - Məmmədov qeyd edib.

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar” - 4

Nazirlik rəsmisi deyib ki, orta məktəblərdə bütün porno, terror, dini təşviqatlar aparan saytlar filtrasiyadan keçirilir. Ona görə də şagirdlər həmin saytlara daxil ola bilmirlər.
Məktəblərə verilən internetə ciddi nəzarət edildiyini deyən Məmmədovun sözlərinə görə, təhsil naziri Misir Mərdanovun əmri ilə internetin filtrasiyası üzrə şura yaradılıb. Geniştərkibli və müstəqil olan bu şurada valideynlər, müəllimlər, media işçiləri də təmsil olunublar. Şura filtrasiya ilə bağlı hər hansı məsələni, eyni zamanda problemlər yarandıqda onu müzakirə edir, qərar qəbul edir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

zirve16

dogrudan verirler?he

osakuc

bizim mektebtede paylandi![yuxumda]

Qonaq__399330

bizə elektron löhvə çəkilib.əladi

aston

melumata gore coooxxx sag olun.mence vermezler.
eger verseler yox demerem)))

Qonaq__1912088

salam bizim mektebe de verseler yaxsi olar . hardadi o gunler . 38 sayli tam orta mektebe de versinler de noooooooooolar

Qonaq__1912088

bu melumata gore size cax tesekkur

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed