Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycanda istifadəçilər internetin hansı növündən istifadə edir?

Web site
17.07.2015
Web site
161

Azərbaycanda istifadəçilər internetin hansı növündən istifadə edir? - 1

Dövlət Statistika Komitəsi tərəfindən cari ildə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin qiymətləndirilməsi üzrə sorğu keçirilib.

İKT.lent.az-ın mincom.gov.az-a istinadən xəbərinə görə, sorğunun nəticələrinə əsasən, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə67.8-ə bərabərdir.

Ev təsərrüfatlarının 58.3%-də kompüteri var və ev təsərrüfatlarının 75.2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70.6% genişzolaqlı xətlə, 25.4% mobil telefonla, yalnız 3.7% modem (dial-up) vasitəsilə qoşulur.

Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dil-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Məlumat üçün bildirək ki, ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığının nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-ə çatdırılıb.

Eyni zamandaMəlumat Hesablama Mərkəzitərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması, e-xidmətlərin təkmilləşdirilməsi və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda “Azdatakom” şəbəkəsinin 3362 əhali, 1414 təşkilat abunəçisi var.

Mənbə: http://ikt.lent.az

Dostlarınızla paylaşın!
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<